PEYĞƏMBƏR CƏHƏNNƏM ƏHLİNİ TƏSVİR EDİR

Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Əbu Əyyub Ənsarinin evində səhabələri ilə söhbət edirdi. O həzrətin yanında əyləşmiş Məaz ibn Cəbəl aşağıdakı ayədən söz açıb təfsirini soruşdu:

“Sur (qiyamət günündə Israfilin üfürəcəyi şeypur) çalınacağı gün dəstə-dəstə (məhşərə) gələcəksiniz” (Nəbə, 18). Peyğəmbər buyurdu: “Ey Məaz! Çox böyük və mühüm məsələni soruşursan”. Sonra o həzrət ağlamağa başladı; belə ki, göz yaşları mirvari kimi kirpiklərindən süzülürdü. Buyurdu: “Ümmətimdən on dəstə qiyamət günündə başqa müsəlmanlardan ayrılmış və müxtəlif sifətlərə dönmüş halda məhşərə gələcək. Bəziləri meymun sifətində məhşərə sürüklənəcəklər; bunlar xəbərçilər və sözgəzdirənlərdir. Bəzilərinin qiyafəsi donuz şəklində olacaq; bunlar haram yeyənlərdir (yəni murdar qida yeyənlər və ya başqasının malını haramlıqla qəsb edənlərdir). Bəzilərini başıaşağı çevrilmiş halda məhşərə gətirəcəklər; bunlar faizlə pul verib sələm yeyənlərdir. Zalımlar məhşərdə kor, özünü öyən xüdpəsəndlər isə lal və kar olacaqlar. Bəziləri dişləri ilə dilini çeynəyəcəklər; öz elminə əməl etməyən alimlər və nahaq hökm verən hakimlər bunlara aiddirlər. Onların ağzından elə bir üfunət gələcək ki, bütün məhşər əhli bu qoxudan narahat olacaq. Bəzilərini əl-ayaqları kəsilmiş halda haqqın divanına gətirəcəklər; bunlar öz qonşularına əziyyət verənlərdir. Bəzilərini yanan budaqlardan asacaqlar; bunlar zalım hökmdar üçün xəbərçilik edən, camaatdan çuğulluq edib ev yıxan adamlardır. Bir qism insanların isə qoxusu çürümüş meyit iyindən də pis olacaq; bunlar şəhvətə aludə olan, əyyaşlıq edən və Allahın haqqını (ibadətini) yerinə yetirməyənlərdir. Nəhayət, bir dəstə odlu paltarların içində məhşərə girəcək ki, bunlar təkəbbür və qürur əhlidir”.


Yerləşdirilib:17 Oktyabr, 2012, Baxılıb:4877, Çap
 

Son şərhlər : 6
Müəllif: Nazim | 17 Oktyabr, 2012  21:22
# Ответить
+4


]]>]]>

Salam aleykuim.Allahdan bizleri Peyqamberin(s)buyurduqu 10 desteden uzaq etmesini ve Ehli-Beytin destesinde qerar vermesini dileyirem.Teshekkur.
Müəllif: xedice | 19 Oktyabr, 2012  00:32
# Ответить
+4


]]>]]>

Allah razi olsun
Müəllif: Guler | 21 Oktyabr, 2012  18:49
# Ответить
+4


]]>]]>

Allah razi olsun Rebbim bizleri bu dunyada da haqq dunyada da ozune dost benelerden qerar versin insAllah AMin
Müəllif: Ayan | 9 Noyabr, 2012  23:02
# Ответить
+1


]]>]]>

Salam.Niyyət namazının niyyətini necə
deyirik və harda deyirik.Sağ olun.
Müəllif: Xeyale | 9 Noyabr, 2012  23:11
# Ответить
+2


]]>]]>

ALLAH razi olsun..
Müəllif: elmira | 3 Avqust, 2014  19:40
# Ответить
0


]]>]]>

Allah istediyi kimi yawamag gozeldi
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com