NAMAZA SAYMAZYANALIQ GÖSTƏRƏNLƏRİN CƏZASI

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, namaza saymazyanalıq göstərəni Allah 18 əzaba düçar edər. Bu əzabların altısı ona bu dünyada, üçü dünyadan köçəndə, üçü qəbirdə, üçü məhşərdə (qiyamət məhkəməsində), qalan üçü də sırat körpüsünün üzərində verilər.

Dünyaya aid olan əzablar bunlardır:
Birincisi, o adamın ruzisi azalar.
Ikincisi, ömrü qısalar.
Üçüncüsü, üzünün nuru itər.
Dördüncüsü, Islam dinindən bəhrəsiz qalar.
Beşincisi, saleh bəndələrin möminlər haqqında duası ona şamil olmaz.
Altıncısı, etdiyi dualar müstəcab olmaz.
Ölüm anında verilən üç əzab bunlardan ibarətdir:
Birincisi, dünyadan zəlil (xar) halda köçər.
Ikincisi, dünyadan təşnə (susuz) halda köçər; hətta yanındakılar ona su içirsələr belə, daxildən yanğı hiss edər.
Üçüncüsü, ac halda ölər; hətta yanındakılar onu yedizdirsələr belə, aclığı aradan qalxmaz.
Qəbirdə hiss edilən əzablar bunlardır:
Birincisi, qəbirdə çox əziyyət çəkər və qəbir ondan ötrü qaranlıqlaşar.
Ikincisi, qəbir ondan ötrü daralar və bu darlıq ona əziyyət verər.
Üçüncüsü, mələklər ona Allahın mərhəməti haqqında müjdə verməzlər.
Namaza saymazyana baxanlara məhşərdə bu əzablar verilər:
Birincisi, mənfur heyvanların (uzunqulaq və s.) sifətində dirilib məhşərə gətirilər.
Ikincisi, əməl dəftəri onun sol əlinə verilər.
Üçüncüsü, onun hesabını çətinliklə alarlar.
Sırat körpüsünün üzərində verilən əzablar isə aşağıdakılardır:
Birincisi, Allah ona rəhmət nəzəri ilə baxmaz (yəni ona mərhəmət göstərməz).
Ikincisi, onun heç bir vacib və müstəhəb ibadəti qəbul edilməz.
Üçüncüsü, Allah onu sıratın üzərində min il saxlayar ki, cəhənnəmin hərarətini hiss etsin, sonra isə alovun içinə atar.


Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:
“Ümmətim namaza münasibətdə dörd hissəyə bölünər. Bir hissə namaz qılar, amma namaza səhlənkar yanaşar. Axirətdə onların yeri veyldir. Veyl – cəhənnəmin təbəqələrindən birinin adıdır. Allah belələrinin haqqında buyurub: “Vay halına o namaz qılanların ki, öz namazlarına səhlənkar yanaşarlar” (Maun, 4-5. Ayədəki “veyl” kəlməsi burada “vay olsun” şəklində tərcümə olunub. Hərfi tərcümədə isə bu ayə beə səslənir: “Veyl olsun o namaz qılanlara ki...”. Yəni onların yeri, aqibəti, layiqli məkanı veyldir).
Ikinci dəstə gah namaz qılar, gah qılmaz. Onların yeri ğəyydir. Ğəyy də cəhənnəmin bir mərtəbəsinin adıdır. Allah-təala buyurub: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (cəhənnəmdəki) ğəyy dərəsinə düşəcəklər” (Məryəm, 59).
Üçüncü dəstə heç vaxt namaz qılmaz. Onların yeri cəhənnəmin səqər adlı təbəqəsidir. Allah bunların haqqında buyurub: “Sizi səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik” (Müddəssir, 42-43).
Nəhayət, dördüncü dəstədən olanlar həmişə namaz qılarlar və öz namazlarına qorxu ilə (məsuliyyətlə) yanaşarlar. Allah-təala bu barədə buyurub: “Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında müti olub (Allaha) boyun əyərlər!” (Möminun, 1-2)”.


Yerləşdirilib:11 Oktyabr, 2012, Baxılıb:6085, Çap
 

Son şərhlər : 6
Müəllif: Nazim | 11 Oktyabr, 2012  20:35
# Ответить
+6


]]>]]>

Salam aleykum.Allah bizleri namazlarinda muti olanlardan qerar versin.Teshekkurt.
Müəllif: xedice | 12 Oktyabr, 2012  13:40
# Ответить
+5


]]>]]>

Allah razi olsun!ve cehennem odundan qebrin ezabindan qorusin bizleri.insallah!!!
Müəllif: Vefa | 12 Oktyabr, 2012  19:36
# Ответить
+6


]]>]]>

ALEYKUM SALAM.aglim birsheyde qaldi.chox uzr isteyirem,yeqin "veyillenmey" kelimesi bunnan yana ishledilir.bezen ifadeleri,anlamini bilmeden ishlediriy.maraqlidi...
Müəllif: Taleh | 22 Oktyabr, 2012  00:17 | Ответ на #363
# Ответить
+1


]]>]]>

Maraqlidi ve chox guman ki, eledir ki var.. Dilimizde chox mesel Qurandan goturulub, amma biz hech bilmirik
Müəllif: Ilkin | 17 Oktyabr, 2012  15:07
# Ответить
+3


]]>]]>

Allah butun temiz niyyetnen ibadet edenlere melekler terefinden Allahin merhemeti haqqinda mujde versin.
Amin
Müəllif: Afaq | 29 Oktyabr, 2012  11:57
# Ответить
0


]]>]]>

salamun aleykum..men bilmirem neyleyim........korepemi dunyayan getirmemishden evvel namazlarimi oturmurdum.ama indi esl veyllerden olmusham...hec bilmirem neyleyim xaish edirem mene komek edin

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com