TƏVƏSSÜL

Təvəssül ərəb dilindən tərcümədə bir işi həyata keçirmək üçün nəyi (və ya kimi) isə vəsilə (vasitə) olaraq qəbul etmək deməkdir.

Dini termin olaraq, insanın Allaha dua edərkən, Allah yanında müstəsna dəyəri olan bir şəxsi (əgər diridirsə), yaxud onun ruhunu (əgər həyatda yoxdursa) vasitəçi kimi qəbul etməsinə təvəssül deyilir. Təvəssül edən adam inanır ki, Allah-təala həmin müqəddəs adamın (və ya onun ruhunun) xatirinə onun duasını və ehtiyacını yerinə yetirəcək.

Qurani-kərimdə Allah-təala buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Ona vəsilə axtarın!” (Maidə, 35).

Səhih hədislərdən məlum olur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında müsəlmanların bir çətinliyi olanda o həzrətdən xahiş edirdilər ki, onlar üçün Allaha dua etsin. Məsələn, Osman ibn Hüneyf adlı səhabədən rəvayət olunub ki, bir kor kişi Peyğəmbərin yanına gəlib, gözünün açılması üçün Allaha dua etməsini Ondan xahiş etdi. Peyğəmbər buyurdu: “Istəsən, sənin üçün dua edərəm. Amma istəyirsənsə, bu halına səbir et; sənin üçün bu daha xeyirli olar”. Kor kişi Onun dua etməsini təkid etdi. Onda Peyğəmbər kor kişiyə tapşırdı ki, dəstəmaz alıb iki rükət namaz qılsın və belə dua etsin: “Allahım! Rəhmət peyğəmbəri olan Mühəmmədin xatirinə səndən ehtiyacımı istəyir və Sənə yönəlirəm. (Ey Mühəmməd!) Sənin xatirinə Rəbbimə sarı yönəlirəm ki, bu ehtiyacımı həll etsin. Allahım, Onu (Mühəmmədi) mənə şəfaətçi et!”. Bu duanı edəndən sonra həmin adamın gözləri sağaldı (Sünənüt-Tirmizi, Dəəvat kitabı, 3578-ci hədis; Sünənü Ibn Macə, Iqamətüs-səlat kitabı, 1385-ci hədis). Həm Tirmizi, həm də Ibn Macə bu hədisin səhih olduğunu yazırlar.

Maraqlıdır ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra, üçüncü xəlifə Osman ibn Affanın hakimiyyəti zamanı bir nəfərə çətinlik üz verəndə yuxarıdakı hədisi rəvayət edən Osman ibn Hüneyf ona məsləhət görmüşdü ki, iki rükət namaz qılıb həmin duanı etsin. O adam məsləhətə əməl etdi və çətinliyi aradan qalxdı (Təbərani. Əl-Möcəmül-kəbir, IX, 17, 8311-ci hədis).

Həzrət Mühəmməd Peyğəmbərin (s) insanlar üçün dua etdiyi zaman duasının qəbul edilməsi Quran ayələrində də açıq-aşkar şəkildə bildirilib: “Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə,  Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər” (Nisa, 64).

Xəlifə Osmanın zamanında baş vermiş hadisədən də görünür ki, Peyğəmbərə təvəssül etmək Onun sağlığında faydalı olduğu kimi, vəfatından sonra da faydalıdır. Yəni bir çoxlarının iddia etdiklərinin əksinə olaraq, vəfat etmiş müqəddəs və mömin şəxslərin ruhu diri insanlar üçün Allahın hüzurunda vasitəçi ola bilərlər. Çünki təvəssül – həmin müqəddəs şəxsin imanı, təqvası, Allah yanında məqamı ilə bağlıdır. Bunlar isə bədənə yox, ruha aid olan cəhətlərdir. Allah-təala heç kimi zahiri gözəlliyinə və ya fiziki gücünə görə başqalarından üstün tutmaz. “Allah yanında ən hörmətli olanınız ən təqvalı olanınızdır” (Hücürat, 13). Bir insanın Allah yanında məqamı ruhani xüsusiyyətlərinə görədirsə, ruh ölmədiyi üçün, bədən öldükdən sonra da bu məqam Allah yanında qorunur və həmin şəxs yenə Allahın sevimli bəndəsi olaraq qalır.

Rəvayətlərdən məlum olur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlara quraqlıq üz verəndə Peyğəmbərin qəbrinin yanına gəlir, Onun ruhuna təvəssül edir və Allahdan yağış istəyirdilər. Ikinci xəlifə Ömər ibn Xəttab öz xilafəti dövründə (yəni Peyğəmbərin vəfatından sonra) o həzrətin əmisi Abbas ibn Əbdülmüttəlibin vasitəsilə Allaha təvəssül edib yağış istəmiş və demişdi: “Allahım! Biz Sənin peyğəmbərinə təvəssül edərdik və Sən bizə yağış göndərərdin. Indi də Sənin peyğəmbərinin əmisinin vasitəsilə Sənə təvəssül edirik; bizə yağış göndər!” (Səhihül-Buxari, Istisqa kitabı, 1010-cu hədis; Peyğəmbərin səhabələrinin fəzilətləri kitabı, 3710-cu hədis; Səhihü Ibn Xüzeymə, II, 337-338, 1421-ci hədis; Hakim Nişaburi. Əl-Müstədrəkü ələs-Səhiheyn, III, 409, 5506-cı hədis).

Təvəssül tarixin bütün dövrlərində geniş yayılmış bir əməl olmuşdur. Mötəbər hədislərə görə, hətta Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən Yer üzünə endikdən sonra tövbə edəndə Həzrət Mühəmməd Peyğəmbərin (s) və Əhli-beytin adlarına təvəssül etmişdi. Ruhlar bədənlərdən çox-çox əvvəl yarandıqları, Allahla əhd-peyman bağladıqları və yalnız bundan sonra ilk insanın bədəninin yaradılğı üçün, Həzrət Adəmin (ə) bu adlardan xəbərdar olması da təbiidir. Başqa peyğəmbərlərin də başlarına gələn müsibət zamanı Həzrət Mühəmmədin (s) və Əhli-beytinin adı ilə Allaha sığınmaları barədə rəvayətlər var.

Təvəssül bütün məşhur Islam məzhəbləri və alimləri tərəfindən qəbul edilib. Həm şiə, həm də əhli-sünnə məzhəblərində təvəssülün doğruluğu barədə yüzlərlə hədis var. Hətta şiə məzhəbində 14 məsuma təvəssüldən bəhs edən Təvəssül duası da mövcuddur. Yalnız özlərini “sələfi” adlandıran bir cərəyanın nümayəndələri (bunlara çox vaxt vəhhabi də deyirlər) ölü insanın ruhuna (peyğəmbər olsa belə) təvəssül etməyi günah bilir və Allaha şərik qoşmağa bərabər tuturlar.

Bir daha qeyd edirik ki, təvəssül qətiyyən hər hansı şəxsi Allaha şərik qoşmaq və öz ehtiyacını o adamdan istəmək mənasını daşımır. Insanın başqa birisinə işi düşəndə, adətən, onun tanıdığı və hörmət etdiyi adamı arada vasitəçi edir və xahişini onun vasitə¬silə çatdırır. Bizim milli ənənəmizdə də bu var. Həmişə ağsaqqallar, ruhanilər küsülüləri barışdırmaq, qan düşmənçiliyini aradan qaldırmaq, xahişləri yerinə yetirmək, elçilik etmək üçün vasitəçi rolunu oynayıblar. Aydındır ki, bütün məsələlərdə son sözü vasitəçi yox, işin asılı olduğu adam söyləyir. Amma inanılmış və hörmətli bir şəxs zamin duranda çətinliklər daha tez həll olur. Təvəssülün kökündə duran əsas məqsəd də məhz budur.



Yerləşdirilib:25 Sentyabr, 2012, Baxılıb:10451, Çap
 

Son şərhlər : 8
Müəllif: Nazim | 26 Sentyabr, 2012  13:39
# Ответить
+4


]]>]]>

Salam aleykum.Tevessul edib yapishmishiq Ehli-Beytin eteyinden cunki onlarin eshqinden Allah kecmez,eks teqdirde Allah o ali shexsiyyetleri en sevimli bendeleri bilmezdi.Meqale ucun teshekkurler edirem.
Müəllif: Nicat | 5 Oktyabr, 2012  22:48
# Ответить
-8


]]>]]>

Allah subhenehu va teala buyurur.Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.( beqere186)
eger Allah st bir basah duani qebul edirse arada vasiteciye ne ehtiyac var? bu shirk yaymaqdan bezmediniz siz? bir de ayeni de hediside yazanda axira kimi yazin, orada vesile axtarin deyir uca Allah sonra deyir Allah yolunda cihad edin. yeni vesille emelle olur, shirk qoshmaqla yox
Müəllif: Taleh | 9 Oktyabr, 2012  00:19
# Ответить
+5


]]>]]>

Ay Nicat, esil shirk yayan siz vehhabilersiz. Ne hedis qebul edirsiz, ne aye. Guya Quran zad qebul edensiz? Kor ve eybecer sheyxlerinizden bashqa ne peyqember taniyirsiz, ne Quran ayesi.
Müəllif: Nazim | 10 Oktyabr, 2012  10:09
# Ответить
+4


]]>]]>

Salam aleykum.Nicat sen eqer mene vasitesuz ve vasitecisiz ne ise qostere bilsen men seninle raziyam,amma sen bir etrafiva nezer edib diqqet ele bax ki vasitesiz bir shey varmi?Peyqamberler bele melekler vasitesi ile Allahla elaqede olublar.Senin yazdiqlarin da internet vasitesi ile bura catib, mentiqsiz dushunursen.Men sene Quranda sure[63] aye 5 barede dushunmeyi meslehet bilirem.Allah seni hidayet elesin.
Müəllif: Vefa | 15 Oktyabr, 2012  10:47
# Ответить
+3


]]>]]>

ALEYKUM SALAM.ALLAH hamimiza hidayet versin INSHAALLAH.Melumata gore chox sagolun.ALLAH Razi Olsun INSHAALLAH...
Müəllif: Elman | 17 Fevral, 2017  04:23
# Ответить
-2


]]>]]>

Allah Sizi islah etsin. yazdiqlariniz shirkin ele ozudu.
Müəllif: Elmana | 18 Fevral, 2017  11:37 | Ответ на #3040
# Ответить
+1


]]>]]>

Amin! Allah sən vəhhabini də islah eləsin! Yoxsa bir də gördün bu axmaq fikirlərin bir gün səni apardı çıxartdı Suriya və ya İraqa, orda da Təvəssül duası oxuyanlar tutub qulağını kəsdilər. Yoxsa artıq ordasan? ))
Müəllif: Salam | 4 Avqust, 2017  10:48
# Ответить
0


]]>]]>

Allah Ozu bizi tevessule devet edib,yalniz axmaq ve bisavadlar tevessulu inkar eder.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com