HEYZLİ QADININ NƏ ETMƏSİ GÜNAHDIR

Paklıq vəziyyəti pozulmuş (yəni heyz olmuş) qadının vacib ibadətlərinin bir qismi məhdudlaşır. Bunların hökmü həm Qurani-kərimin bəzi ayələrində, həm də Islam Peyğəmbərinin sünnəsində öz əksini tapmışdır.

 

Heyz halında olan qadın gündəlik namazları qılmamalıdır. Hətta pak olduqdan sonra belə, bu namazları qəza etməsi gərəkməz. Həmçinin, heyzli qadın oruc tuta bilməz. Oruc tutduğu gün ərzində paklığı pozulsa (heyz dövrü başlasa), orucunu pozmalıdır. Amma pak olduqdan sonra tutmadığı orucların qəzasını yerinə yetirməlidir. Namaz, oruc kimi vacib ibadətlər tam paklıq halında icra edilməli olduğu üçün, heyzli qadının bunları etməsi günahdır. Amma namaz vaxtı gələndə, bədənini və paltarını təmizləyib, dəstəmaz alıb, üzü qibləyə oturub dua edə bilər. Bu yolla həm namazı qıla bilmədiyinə görə ürəyində yaranmış nigarançılığı aradan qaldırmış olar, həm də savab qazanar. Heyzli qadının Kəbəni təvaf etməsi də haramdır.

Heyz halında olan qadının istənilən məscidə girməsi günahdır. Bəzi alimlər məscidin içində qalmamaq şərti ilə bir qapıdan girib o biri qapıdan çıxmağa, məsciddən nəyi isə götürüb dərhal oranı tərk etməyə icazə verirlər. Müqəddəs məkanlara (Məkkə, Mədinə məscidlərinə, imamların məqbərələrinə) hətta bu şərtlə də girmək qadağandır.

Heyzli qadın əlini və ya bədəninin istənilən üzvünü Quranın yazısına toxundura bilməz: “Ona (Qurana) yalnız pak olanlar toxuna bilər!” (Vaqiə, 79). Peyğəmbərlərin və imamların adları yazılmış vərəqlərə də toxunmaq olmaz. Müqəddəs adlar hansı əlifba ilə yazılsa da fərq etməz. Hətta heyzli qadının Qurani-kərimi üzündən və ya əzbərdən oxuması, Qurani-kərimin cildinə və vərəqlərinin kənarına toxunması, Quranı özü ilə gəzdirməsi məkruhdur (haram olmasa da bəyənilməzdir). Amma oxuyarkən və eşidərkən səcdə edilməsi vacib olan dörd surənin bircə kəlməsini və ya hərfini belə, oxuması günahdır. Bunlar Səcdə (32-ci), Füssilət (41-ci), Nəcm (53-cü) və Ələq (96-cı) surələrdir.

Heyzli qadın cinsi əlaqədə ola bilməz: “Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın” (Bəqərə, 222). Əgər kişi öz həyat yoldaşının heyzli olduğunu bilə-bilə onunla cinsi əlaqədə olsa, günah qazanır, bundan əlavə kəffarə (cərimə) ödəməyə borcludur. Heyzli qadının əri onunla cinsi əlaqədən savayı, halal şərtlər daxilində başqa cinsi ləzzətlər ala bilər; bunda heç bir maneə yoxdur.

Heyz halında olan qadına talaq verilməz: “Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın” (Talaq, 1). Bu hökm cəfəri məzhəbinə məxsusdur, əhli-sünnə məzhəbində qadına heyz halında verilmiş talaq bidət talağı adlanır, arzuedilən deyil, amma  səhih sayılır.

Heyzli qadının saçına rəng qoyması, saçına və əllərinə həna yaxması məkruhdur (bəyənilməzdir).

Qeyd edək ki, yuxarıda göstərilən məhdudiyyətlər qadının heyz halında ikən həyatdan və yaxınları ilə ünsiyyətdən məhrum olması mənasını vermir. Islamdan əvvəl istər cahiliyyə ərəbləri, istərsə də başqa dinlərin nümayəndələri heyzli qadına əskik gözlə baxır, onunla hər hansı təmasdan çəkinir, onu murdar sayır, hətta pak olduqdan bir həftə sonraya qədər onunla bir süfrə arxasında yemək yemirdilər. Islam heyz məsələsini qadının fizioloжi quruluşundan irəli gələn bir hal sayır. Heyzli qadın yalnız ibadət sarıdan bəzi çərçivələr içərisinə düşmüş olur. Heyz müddətində ətrafdakıların qadına münasibəti, qadının cəmiyyətdə, ailə içində mövqeyi qətiyyən dəyişikliyə uğramaz.

 

 

 

 

 

 

 


Yerləşdirilib:11 Sentyabr, 2012, Baxılıb:23252, Çap
 

Son şərhlər : 11
Müəllif: xedice | 11 Sentyabr, 2012  20:23
# Ответить
+4


]]>]]>

ALLAH RAZI OLSUN
Müəllif: Gunay | 22 Noyabr, 2012  22:46
# Ответить
-1


]]>]]>

Cox sag olun etrafli melumat vermisiz ne olar, ne olmaz bunlari bir coxlari bilmir hec ehemiyyetde vermirler.ALLAH RAZİ OLSUN
Müəllif: Gunes | 7 Dekabr, 2012  12:50
# Ответить
0


]]>]]>

Allah razı olsun
Müəllif: Fatime | 20 Dekabr, 2012  20:43
# Ответить
0


]]>]]>

Allah razi olsun!
Müəllif: Ezize | 7 Sentyabr, 2014  14:06
# Ответить
0


]]>]]>

melumatiniz ucun cox sag olun Allah komeyiniz olsun
Müəllif: Ezize | 7 Sentyabr, 2014  14:10
# Ответить
-2


]]>]]>

Bu cur saytlarin sayi cox olsa lap yaxsi olar
Müəllif: fatma | 13 Sentyabr, 2014  13:10
# Ответить
-1


]]>]]>

eger destnamaz almagınıza az qalmıs heyz olsanız lap az mıqdarda onda namaza baslamaq olar...mene namaz yenı baslamısam ona gore deqıq bılmıremç
Müəllif: gunay | 21 May, 2016  11:15
# Ответить
0


]]>]]>

cox sagolum
Müəllif: Salam | 16 Mart, 2017  21:40
# Ответить
0


]]>]]>

deqıq bılmırsinizse niye yazirsiz?! Olmaz!
Müəllif: Nermin | 2 İyun, 2017  11:30
# Ответить
+1


]]>]]>

Bosh bosh yazirsiz ele. istinadsiz menbesiz? harda yazilib ki heyzli qadina bunlar olmaz? quranda bir dene yazilib ki heyzli qadinla yaxinliq etmeyin. beqere suresinde. Ay mescide girme oruc tutma dua eleme sure oxuma. harda yazilib bunlar?
Müəllif: Administrator | 3 İyun, 2017  00:02 | Ответ на #3221
# Ответить
+1


]]>]]>

Bu yazdığınız şərhdən tam aydın olur ki, Sizin nə dindən, nə də şəriətdən xəbəriniz yoxdur. Ordan-burdan eşitdiklərinizə əsaslanıb belə iddalı danışmayın. Peyğəmbərin (s) sünnəsi deyilən bir anlayış var. Quranda harda yazılıb sübh namazını neçə rəkət qılmaq lazımdır? Gedin araşdırın, tapanda gəlib bizi də məlumatlandırarsınız.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com