ALLAHIN ƏN ÇOX BƏYƏNMƏDIYI MÜBAH ƏMƏL – TALAQ

Talaq nikahın pozulması, boşanma deməkdir. Talaq həm tərəflərdən birinin təşəbbüsü ilə, həm hər iki tərəfin istəyi ilə, həm də şəriət məhkəməsinin (müctəhidin) hökmü ilə həyata keçirilə bilər.

 

Islam dinində yalnız ər-arvad arasındakı münasibətlərin dözülməz həddə çatdığı zaman talağa icazə verilir. Tarixdən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) boşanmaq arzusunda olan səhabələrini daha dərindən düşünməyə, həyat yoldaşına güzəştə getməyə və ailə ocağını qorumağa çağırırdı (oğulluğu Zeyd ibn Harisə ilə Zeynəb bint Cəhşin əhvalatında olduğu kimi). Imam Cəfər Sadiq (ə) buyurmuşdur: “Allahın ən çox qəzəbləndiyi halal əməl talaqdır. Talaq Allahın ərşini titrədir”. Qurani-kərimdə talaqdan əvvəl ailənin qorunması üçün bir daha düşünmək, güzəştə getmək, anlaşılmazlığı danışıq yolu ilə aradan qaldırmaq tövsiyə edilmişdir (Nisa, 128). Həmçinin, Quranda məsləhət görülür ki, ər-arvadın münasibətləri gərginlik həddinə çatıbsa, onların ağsaqqal qohumları bu vəziyyəti aradan qaldırmağa və tərəfləri barışdırmağa çalışsınlar (Nisa, 35).

Talaq verən kişi yetkinlik yaşına çatmış, əqli cəhətdən sağlam olmalı, öz istəyi ilə talaq verməlidir. Şiə məzhəbində talaq verən kişinin ayıq olması (sərxoş olmaması) şərtdir. Əhli-sünnə məzhəblərində isə sərxoş şəxsin də talağı səhihdir. Yenə şiə (cəfəri) məzhəbinə görə, talaq düzgün ərəb dilində, şəriətdə nəzərdə tutulmuş konkret ifadələrdən biri ilə deyilməlidir. Əhli-sünnə məzhəbində isə hər hansı dildə, hər hansı formada və hətta bəzi şərtlər və üstüörtülü rəmzlər halında da deyilməsinə icazə verilir.

Şəriətə görə, ər öz arvadına bir dəfə talaq verdikdən sonra yenə onun yanına qayıda bilər və bu zaman təzədən kəbin kəsdirmək lazım deyil. Ikinci dəfə də bu vəziyyətin təkrar edilməsinə icazə verilir. Bu talaqlar rici (qayıdış) talaqları adlanır. Üçüncü talaq isə bain talaq adlanır. Üçüncü talaqdan sonra kişinin öz arvadına qayıtmasına icazə yoxdur. Bu halda yalnız qadın başqa bir kişiyə ərə gedib (aralarında cinsi əlaqə olmaq şərti ilə) ondan boşansa və ya ikinci əri vəfat etsə, yenidən birinci əri onu kəbinlə özünə arvad edə bilər (Bəqərə, 230). Birinci və ya ikinci rici talaqdan sonra kişi iddə adlanan müddət ərzində arvadınını yanına qayıtmasa, bu, bain talaq sayılır və onlar bir-birindən üç talaqla boşanmış hesab edilirlər. Məhkəmənin (müctəhidin) hökmü ilə verilmiş talaq da bain hökmündədir.

Cəfəri məzhəbinə görə, üç talaq birdəfəyə, eyni məclisdə (şəraitdə) verilə bilməz; eyni məclisdə verilən üç talaq bir talaq hökmündədir. Bu, qəzəb halında talaq verməyin qarşısını almaq üçündür. Əhli-sünnə məzhəbində isə, kişi eyni məclisdə üç dəfə talaq verdiyini elan etsə, günah qazanır, amma arvadından bain talaqla boşanmış sayılır.

Bain talağın daha iki növü də şəriətdə müəyyən edilib. Qadın ərindən boşanmaq istəyirsə, öz mehriyyəsini və ya başqa bir əmlakı ərinə bağışlamaq şərti ilə ondan talaq ala bilər. Buna xül talağı deyilir (Bəqərə, 229). Qadınla kişi hər ikisi ailə həyatına son qoymaq istəsələr, qadın öz əmlakından müəyyən məbləğdə pulu və ya malı ərinə hədiyyə verərək, ona talaq verməsini tələb edə bilər. Buna mübarat talağı deyirlər.

Cəfəri məzhəbində talağın səhih olması üçün kişinin öz iradə və istəyinə əsasən talaq verməsi, bu zaman zarafat niyyəti etməməsi, talaq verilən zaman qadının heyz və nifas halında olmaması tələb edilir. Əgər qadın heyzdən paklandıqdan sonra kişi onunla yaxınlıq etmişsə, növbəti heyz dövrünə kimi ona talaq verə bilməz; qadının növbəti heyz halını başa vurub paklanmasını gözləməlidir ki, ona talaq versin. Əhli-sünnə məzhəblərinə görə, bu şərtlərin pozulduğu talaq bidət talağı adlanır; bu halda kişi günah qazanmış olur, amma talaq qüvvədə qalır.

Boşanan qadın başqa kişiyə ərə getməzdən əvvəl bir müddət gözləməlidir; buna iddə deyilir (Bəqərə, 228). Talaqdan sonra kişi öz keçmiş arvadının mehrini verməli, həm də müəyyən müddət ərzində onun dolanışıq xərcini ödəməlidir (buna nəfəqə deyilir və müasir anlamda alimentə uyğundur).

Qurani-kərimdə talaq zamanı iki şahidin olması əmr edilir (Talaq, 2). Bunun əsas səbəbi emosional gərginlik, qəzəb və sairə bu kimi hallarda verilən talağın qarşısını almaq, tərəflərə düşünmək üçün imkan verməkdir. Cəfəri məzhəbində iki şahidin olması vacib şərt sayılır və şahidsiz talaq etibarsız qəbul edilir. Lakin əhli-sünnə məzhəblərində iki nəfərin talağa şahid durması vacib deyil.

 


 


Yerləşdirilib:14 Avqust, 2012, Baxılıb:10045, Çap
 

Son şərhlər : 8
Müəllif: Lale | 23 Avqust, 2012  13:00
# Ответить
0


]]>]]>

Salam bu sehifeni yazan kimdirse ona muraciet edirem yene sunni mezhebi,yene sie mezhebi movzusu.Islamda ehli sunne ola bilmerik hamimiz bunun ucun siz de cox calismalisiniz axi.Neye bu sie sunnu sohbetini aradan qaldirib ehli sunnet adi altinda birlesmirik islamda?Hamimiz duzgun olani etmeliyik sunnulukde deyileni ve ya sielikde deyileni yox Burda hamimizin emeyi olmalidir
Müəllif: administrator | 6 Sentyabr, 2012  16:56
# Ответить
+1


]]>]]>

Salam. Xanim, muselmanlar ya sunnidir, ya da shie. Bu, realliqdir. Ozumuzden teze mezheb chixarib camaati ora devet etmek fikrimiz de yoxdur. Esas xidmet muselmanlari shie ve sunni olaraq yaxinlashdirmaq, dostlashdirmaq olardi.
Müəllif: Nezrin | 28 İyun, 2015  18:51
# Ответить
+1


]]>]]>

Salam. heyat yoldaşıml 3 ildir munasibetimiz yoxdur. kebinimiz bu halda quvveden dusurmu? siz de bilirsiz qadinin da oz ehtiyaclari var.
Müəllif: administrator | 29 İyun, 2015  06:52 | Ответ на #2303
# Ответить
0


]]>]]>

Salam. Xeyr, talaq oxunmayana qədər siz ərinizin arvadı sayılırsız. Ayrılmısızsa, təcili talaq oxutdurun. Çünki əgər talaq oxutdurmadan kiminləsə münasibət qursaz, əvvəla, zina etmiş hökmündə olacaqsız. İkincisi, həmin adamla əbədi olaraq bir birinizə haram olacaqsız. Sonra istəsəz də qanuni kəbin kəsdirə bilməzsiz
Müəllif: Tural | 19 Oktyabr, 2015  14:48
# Ответить
0


]]>]]>

talaq-malaq bos-bos seylerdir. vehhabilerin uydurmasidir.
Müəllif: sehla | 8 Mart, 2016  18:18
# Ответить
0


]]>]]>

salam kiwi qadina bawqa biriyle talaq xeberini gondererse bu bowanma sayilirmi
Müəllif: NERMIN | 5 Noyabr, 2016  22:15
# Ответить
-1


]]>]]>

Bir qadin talag edibse yeni erinden razilig alibsa .o basqa adamla kebine gire biler yoxsa bunda . qadin vaxt gozlemelidir . Eyer vaxt gozlemelidise zehmet olmasa vaxtin yazardiz ne qeder vaxtdan sonra qadin ersiz sayilir
Müəllif: Samir | 15 Noyabr, 2016  11:18
# Ответить
+1


]]>]]>

Salam bir kisi oz xanimina uc defe dese seni bosadim. Sonra munadibetleri duzelse xanimi ona haram sayilirmi? Yeniden kebin lazimdimi?
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com