Gecə namazı İslamda çox bəyənilən və savabı olan namazdır. İşa namazından sonra sübh azanına kimi müddət ərzində qılına bilər.
Gecənin ikinci yarısında, xüsusilə, son üçdən-bir hissəsində qılınması daha yaxşıdır. Gecə namazı vacib deyil, müstəhəb namazdır. Gecə namazı yalnız Həzrət Mühəmməd Peyğəmbərə (s) vacib buyurulmuş, ona görə də heç zaman o həzrət tərəfindən tərk edilməmişdir. Allah-təala Quranda öz Peyğəmbərinə belə müraciət edir: "(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl" ("İsra", 79). Gecə namazı qılanların savabı barədə Qurani-kərimdə buyurulur: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər qorunub-saxlandığını heç kəs bilməz" ("Səcdə", 16-17). Əvvəla, onu deyək ki, gecə qılınan namazlar "təhəccüd" (tərcüməsi "gecə yatmayıb ibadət etmək" deməkdir), "vitr" (tərcüməsi "tək" deməkdir) və "şəf" (tərcüməsi "cüt" deməkdir) olmaq üzrə üç növə bölünür (əhli-sünnə məzhəbində gecə yalnız təhəccüd və vitr namazları qılınır). Təhəccüd namazının rükətlərinin sayı insanın həvəsindən və vaxtından asılı olaraq 2 ilə 12 arasında dəyişə bilər; amma rükət saylarının cüt olması lazımdır. Təhəccüd namazı dalbadal sübh namazları kimi qılınır, hər iki rükətdən-bir salam verilir.
Vitr namazı hənəfi məzhəbində vacib sayılır. Yəni onu qılmayan cəhənnəm əzabına layiq görülməz, amma Peyğəmbərin şəfaətindən məhrum qalar. Vitr namazı 3 rükətdir. Birinci rükətdə "Fatihə"dən sonra "Əla" surəsini, ikinci rükətdə "Kafirun" surəsini, üçüncü rükətdə isə "İxlas" surəsini oxumaq müstəhəbdir. Üçüncü rükətin qiraətindən sonra təkbir deyilir və qünut tutulur.
Şafii məzhəbində də vitr namazı təkid olunan sünnət sayılır, 1-dən 11-ə kimi rükət halında (tək sayda) qılınır. Hənbəli məzhəbindəki kimi, müxtəlif variantlarda qılınması mümkündür. Amma rükətləri cüt-cüt ayırmaq, yəni hər ikinci rükətin axırında təşəhhüd və salam vermək sonuncu rükəti də tək qılmaq daha yaxşıdır. Ramazan ayının ikinci yarısında qılınan vitr namazlarının axırıncı rükətində qünut tutmaq da sünnətdir.
Cəfəri məzhəbində gecə namazının ən üstün qılınma qaydası bu cürdür: Gecə namazı ümumilikdə 11 rükətdir. Onun 8 rükəti gecənin nafiləsi niyyəti ilə 4 ədəd iki rükətlik namaz şəklində qılınır. Bunların qılınma qaydası sübh namazına oxşayır. Birinci rükətdə "Fatihə" və "İxlas", ikinci rükətdə "Fatihə" və "Kafirun" surələrini oxumaq müstəhəbdir. Qünutda insana zülm verən zalımı cəzalandırması barədə Allaha dua etmək olar. Hər iki rükətdən-bir təşəhhüd və salam deyilir. Cüt rükətlərin arasında Həzrət Fatimənin zikrini söyləməyin savabı var.
8 rükəti bitirdikdən sonra 2 rükət "şəf" namazı qılınır. Onun birinci rükətində "Fatihə"dən sonra "Nas", ikinci rükətində isə "Fatihə"dən sonra "Fələq" surələri oxunur, amma qünut tutulmur.
Axırda bir rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "İxlas", bir dəfə "Fələq" və bir dəfə "Nas" surələri oxunur. Sonra qünut tutulur. Qünutda 40 nəfər möminin bağışlanması üçün dua edilir, 70 dəfə istiğfar olunur ("Əstəğfirullahə rəbbi və ətubü ileyh"), 7 dəfə "haza məqamül-aizü bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənilir. Qünutdan sonra rüku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.
Vitr namazını bitirəndən sonra oxunması müstəhəb olan dualar var ki, müvafiq kitablardan onları öyrənmək olar.
SALAM AYLEYUM
SALAM ALEYKE
SALAM ALEYKI
ALLAHIN salami olsun her birinize.Bilirsiz her bir insan,nece ki,temiz bir wekilde yaradilib ve temiz bir wekilde de ALLAHIN qarwisina cixmalidi ve heqiqeti oz ruhunda hiss etmelidi,nece oz ruhunda ona gore ki,axi insanin esas ruhudu nece ki, cismin qidasi yemek icmek oldugu halda ruhunda qidasi namazdi gerek bu movzu haqqinda coxlu yaxwi emel toplayaq bu da dinde esasen teqva sayilir.MEN bir insan olaraq cox sevinirem ki,her gun dine haqqa gelen insanlarin sayi coxalir.ALLAH razi olsun her birinizden AMIN.HAQQIM qaldisa halal edin.
Müəllif: Ayka | 27 Sentyabr, 2015 12:25| Ответ на #800
men de fexr edirem ki muselmanam.cunki diger dinlere diqqet yetirdikde goruruk ki onlarin din ustde sehid olan Imam huseynleri,Ebelfezl agalari yoxdur.onlari dini cox cansizdir.Amma islam dini cox teravetli bir dindir.Islamin Qurani var.Quranin basqa kitablardan ferqi ondadir ki o her dovr ucun teravetlidir.onu oxuduqca oxumaq isteyirsen
Allahın salamı olsun sizlere,bilmek isterdim ki,2 rükətlik şəf namazından sonr təşəhhüd və salam deyilməlidirmi? yoxsa onlarsız qalxıb vitri niyyet edib qılmaq!
allah taalanin salami olsun butun musalmanlara.bilmak isdayiramki geca namazida 5 vacib namaz kimi har zaman qilinmalidimi.qilmadigimiz gunun qazasi olurmu. avvaldan oz minnatdarligimi bildiriram.
Salam Aleykum
mene maraqlidi namaz qilmayan birinin cenaze namazi qilmagi nece qebul edilir..yeni duz yoxsa sef bir hereketdi ...cox sag olun Allah komeyiniz olsun
salam men sieyem ama suni namazi qiliram deyirler gunahdir bilmek isteyirem niye ve bu harda yazilib axi sunnilerde muselmandir niye bezi sie ehli sunnilere dusmen kimi baxir sebebi
Müəllif: ismayil | 9 Noyabr, 2013 01:43| Ответ на #1393
Alhamdulillah. Eslinde.butun muselman wiyyedi. Sunni deyilen bir merfum savadsizlig neticesinde.yaranib. Subhanallah. Ehli sunne vat yeni Peygemberin ( s.a.s) onun sehabelerinin ve ehli beytinin yolu ile geden insanlar. Sunne onlarin etdiyi emellerdi wielerde yeni muselmablarda onlarin terefdarlari v. Davamcidilat. Allah azginligda olan butun muselman baci qardawlari islah etsin ve onlarin hidaetlerini artirsin. Esas olan Allaha werik qowmamag ve tovhidi bilmek onu duzgun wekilde qavramagdir. Alhamdulillah muselman olan wexsin muselmanligi hele tovhidden bawlayir
Müəllif: Neon | 17 Noyabr, 2013 20:11| Ответ на #1393
Allahin salamiolsun eziz baci ve qardawlarma. Heqiqetende bezi cavanlarmizin ozbawinaliq dovrleri erefesinde sizler kimi dine bagli insanlari gorende heqiqetende fexr hissi duyuram. Gozel ve rehimli Rebbim bi cox cavanlarmizinda ureyne iman toxumlari eksin. Onlarida emeli salehlerden etsin. AMIN! Gelin namazlarimizdada, namaz qilmayan baci ve qardawlarmizadaimanli teqvali olmalarina dua edek...
Salam aleykum.Dini savadiniz yeteri qeder olsun.sonra daniwib bawqalarina oyredin.bizim olkede dindarlig lazimi seviyyede deyil.tolerantlig oz yerinde.dogrudur.amma muselmanam deyen esl muselmandirmi?mence yarimcigdi bizde muselmanlig.birini bilirik minini yox.amma esas mezhebleri ayirib mubahiseye qowulmaga hazirig hemiwe.ne bilirik ki ne de mubahise edek.gunahdir.ayibdir.dinimizin duwmenleri gorseler bayram eder.wie... sunni...hec olmasa men duzem demeyin.menim namazim duz namazdi demeyin.hansinin duz oldugunu bilen kimdir.Allah kecsin gunahimizdan.duzunu yalniz O bilir.
Yaxwi olar ki,maariflendirme inkiwaf etdirilsin.buna cox ehtiyac var.dini savadimiz azdir.o zaman bu veziyyet deyiwe biler ve mubahiseli fikirlere de son qoyular.Allah komeyimiz olsun.
salam.sual.1.gece namazinin vaxti girib sende oyaqsan qilmaq olar yoxsa yatib oyanasan gerek.birde saati qurub oyanmaq olar.menim fikirimce ferqi yoxdu esas odur namazi qilasan.ama yolawim deyir yox yatasan sora allah izn vererse oyanacaqsan.
Müəllif: zehra | 26 Aprel, 2017 18:38| Ответ на #1977
Mən dəniz adiyla girənə demək istəyirəmki.əyər namaz üstə axıntı olub bilməmisənsə eybi yoxdur.yox əgər bilmisənsə namazi bitir təmizlən yenidən qıla bilərsən.
As Salamu aleykum.qardaş ve bacılar burda çox gözel sual cavablar gedir. Beli bildiklerimizi elme ve dine esas olaraq deqiq şekilde çatdırsaq daha məqsədəuyğun olar.kimin dini savadı varsa qoy o cavab versin ve etraflı şekilde.burda yazılanları oxjdum ve çoxlu sehv cavablar ve ya naqis cavablarla rastlaşdım..bezi qardaşlar ne geldiyazır.xanımlarda herden suallara mudaxile edirler yerli yersiz.yaxşı olar ki bezi sualları ele islam az.saytının özüne unvanlayasız.doğru cavabı onlar dəftərxana vasitəsilə size deqiqliyi ile çatdirarlar.Allah razı olsun.As Salamu aleykum ve rəhmətullahi.
SalamAleykum. Men 2 ruket ve ya 4 ruket gece namazi qiliram. Subh namazi kimi. Niyyet edirem "gece namazi qiliram qurbeten illallah. Yuxarida ise gece namazi qaydasi 12 ruket, 70 defe istiqfar, 300 defe er-ehf kimi gosterilib. Astafrullah menim buna hech bir etirazim yoxdur. Ancaq gece yuxudan durub bu qaydalara tam olaraq emel etmek chox chetin deyilmi?.. Hem de vaxt baximindan, sahar saat 8 de ishe geden insanlari nezerde tuturam. 2 ve ya 4 ruket subh namazi kimi qilinan namaz qebul deyilmi?..
Cox sualim var dinle,namazla bağlı ...Lakin yadima düşdükce 1-1 verecem suallarımı lazımınca.İlk sualım budurki men namaz qilmirdim neçe vaxtdı.Bilirem günahlarım çox yazılıb boynuma.Dünenden etibaren namazlarıma başlamışam,lakin yadımdan çıxan 1 şey var-Qunutdan sonra Tekbir deyilmelidirmi ya yox?!
Müəllif: Administrator | 8 İyun, 2017 23:30| Ответ на #3228
Sualimi cavablandirdiğinizçün çox sağolun ALLAH RAZI OLSUN.Lakin men sual cavab bölmesine daxil ola bilmirem.Rus dilinde yazilir az*dilini daxil edirem ,mövcud olan sualimida yaziram daxil ediremde lakin gelmir yüklenmir hemin bölmeye suallarim bilmirem nedendir...Menim 1 sualimda vardi ilk növbede ALLAH her kesin tutduğu oruc ve niyyetlerini,hemçinin namazlarını qebul etsin.Men bu gün ağladim oruclu ola*ola göz yaşım dodağima düşdü tami hiss etdim orucum batildirmi?
Siz bir daha cəhd edin. Ola bilsin müvəqqəti texniki problemlərlə əlaqədardır. Sualınıza gəldikdə isə, əgər göz yaşınızı udmamısnızsa, yəni boğanızdan keçməyibsə, orucunuz düzgündür. Ola bilsin Siz sadəcə göz yaşının dadını hiss etmisiniz. Bu isə orucu batil etmir.
SALAM MÜSƏLMAN QARDAŞ BACILAR!
ALLAHA ŞÜKÜRLƏR OLSUN BELƏ SÖHBƏLƏR EDİRSİNİZ. VAXTINIZI BU DÜNYA VƏ AXİRƏT ÜÇÜN FAYDALI OLAN İŞLƏRLƏ YÖNƏLDİRSİZ. HŞMİŞƏ BELƏ OLMAQ LAZIMDI. ALLAH HƏR KƏSDƏN RAZI QALSIN. NAMAZLARINIZ DUALARINIZ QƏBUL OLSUN.