Fransada nəşr edilən “Charle Hebdo” qəzetinin əziz İslam peyğəmbərini təhqir etməsindən sonra hegemon güclərin dəstəklədiyi bir qrup terrorçu məqsədyönlü şəkildə sözügedən qəzetin redaksiyasına daxil olaraq 12 nəfərin həyatına son qoydular. Təbii ki, qabaqcadan planlaşdırılmış ssenari üzrə başlayan hadisələrin əsas məğzi yenə də sülh və insanlıq dini olan İslamı dünyaya terror dini kimi tanıtdırmaq idi. Hadisə baş verdikdən dərhal sonra dünya liderlərinin iştirakı ilə 12 nəfərin xatirəsini yad etmək üçün Parisdə böyük bir sülh yürüşü baş tutdu. Lakin dəhşətli olan bu idi ki, həmin yürüşün ön sıralarında 60 ildir Fələstin xalqını terrora məruz qoyan İsrail rejiminin baş naziri Benyamin Netanyahu və 1945-ci ildə Əl-Cəzairdə 1.500.000 müsəlmanı səbəbsiz yerə vəhşicəsinə öldürən Fransa dövlətinin prezidenti Fransua Olland gedirdi.
Lakin ən təəssüflü məqamlardan biri də bu idi ki, sözügedən terror olayından sonra bəzi ölkələrdə “Mən Çarliyəm" adl aksiyaya start verildi. Lakin sözügedən aksiya iştirakçılarının 1945-ci ildə Fransanın təkcə Əl-Cəzahirdə 1.500.000 müsəlmanı səbəbsiz yerə vəhşicəsinə öldürməsi nədəndirsə düşündürmür.