Allahın Peyğəmbəri (s) buyurub: "Bəndə özü üçün sevdiyi şeyi qardaşı üçün də sevməyincə, zarafat və ciddiliyində Allahdan qorxmayınca imanın kamilliyinə çatmaz".
İmam Əli (ə) buyurub: “Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə. Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə”.
İmam Əli (ə) buyurub: "Şeytan bəndəyə təhkim olunmuşdur. Günah etməkdən ötrü günahı onun gözlərində bəzəyir və tövbəyə də ümidvar edir ki, onu təxirə salsın".
İmam Əli (ə) bayramların birində buyurub: “Həqiqətən də, bu bayram Allah oruc-namazını qəbul edən üçün bayramdır. Allaha itaətsizlik etmədiyimiz hər bir gün bayramdır”.