Allahın Peyğəmbəri (s):
«Dörd şey qəlbi öldürər: günah üstündən günah, qadınlarla çox söhbət etmək, axmaqla bəhs etmək (yəni, sən deyirsən, o deyir və heç vaxt düzəlmir) və ölülərlə oturub durmaq». Ərz etdilər: «Ey Allahın Rəsulu! Ölülər dedikdə məqsədin nədir?» Buyurdu: «Gününü yaxşı keçirən hər imkanlı şəxs.»
Mənbə: "əl-Xisal", səh. 228, hədis 65