Bazar günü Suriyanın Hələb şəhərindən cənubda yerləşən Əl-Vahidi yaşayış məntəqəsinin silahlı qruplaşmalar tərəfindən atəşə tutulması nəticəsində azı 12 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanının Əbha şəhər beynəlxalq hava limanı həftə ərzində dördüncü dəfə Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri (husilər) tərəfindən hücuma məruz qalıb.
ABŞ regionda İrana qarşı müqavimət göstərmək üçün bütün variantları, o cümlədən hərb yolunu nəzərdən keçirir, lakin Vaşinqton Tehranla müharibə etmək istəmir. Bunu ABŞ Dövlət katibi Maykl Pompeo deyib.
İsrail hökuməti Colan təpələrində yaşayış məntəqəsinin tikiləcəyini təsdiq edib və ona Amerika lideri Donald Trampın şərəfinə "Ramat-Tramp" ("Tramp yüksəkliyi") adını verib.
Böyük Britaniyada vaxtilə cadugərlikdə ittiham edilən insanların həbsxanası olmuş, hazırda isə səliqəli evə çevrilmiş kiçik bina 305 min dollara satışa çıxarılıb.
Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemini satın alması məsələsi həll olunub, buna yenidən baxıla bilməz. Islam.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.