İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.
Cənubi Azərbaycan əsilli alim Əllamə Əmini özünün “əl-Qədir” kitabında Qədir-Xum hadisəsinin ən geniş təsvirini vermişdir. Bu əsərdə Qədir-Xum hadisəsi 110 nəfər səhabədən, 84 nəfər tabeindən və hicri II-XIV əsrlərdə yaşamış 360 alimin kitabından nəql edilir. Kitabda Qədir-Xum mövzusuna həsr edilmiş ən gözəl şeir nümunələri də toplanıb.
Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ-a satılma ehtimalını istisna edib. İslam.az “Report”a istinadla xəbər verir ki, bu barədə o, yerli mətbuata verdiyi müsahibəsində bildirib.