İran KİV-ləri bu ölkə parlamentinin nüfuzlu üzvü Əhməd Həmzənin ABŞ prezidenti Donald Trampın başına 3 milyon dollar pul qoyduğu haqda məlumat yayıb. Virtualaz.org xəbər verir ki, İSNA agentliyinin məlumatına görə deputat Həmzə Trampı öldürəcək istənilən kəsə 3 milyon dollar verməyə hazır olduqlarını bildirib.