Türkiyənin Şırnak əyalətinin İdil rayonunda terrorçu PKK qruplaşmasının əldəqayırma partlayıcını partlatması nəticəsində 2 təhlükəsizlik əməkdaşı şəhid olub, 7-si yaralanıb.
ABŞ-ın Florida ştatındakı Pensakola hərbi-dəniz aviasiyası stansiyasında təhsil alan Səudiyyə Ərəbistanı vətəndaşı əsgər üç nəfəri öldürüb, səkkiz nəfəri isə yaralayıb.