"O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!"
"Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!"
Peyğəmbər (s) buyurub: “Həmd (Fatihə) surəsinin fəzilət və savabı ərşi çiyinlərində daşıyan mələklərin savabına bərabərdir. Kim bu surəni oxusa, ərşi çiyinlərində daşıyan mələklərin savabına nail olar”.