 | POPULYARXƏBƏRLƏR |




|
"Yəhudilər və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və sevimliləriyik”. (Onlara) de: “Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!"
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Sentyabr, 2013
|
"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!"
Ətraflı| Şərhlər: 0 | Дата: 17 Sentyabr, 2013
|
Yaxşı iş görənin xeyiri özünə, pislik edənin də zərəri özünə olar. (Ya Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir!
Ətraflı| Şərhlər: 0 | Дата: 16 Sentyabr, 2013
|
Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!
(Ali-İmran, 77)
Ətraflı| Şərhlər: 0 | Дата: 13 Sentyabr, 2013
|
Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir).
(Maidə, 5)
Ətraflı| Şərhlər: 0 | Дата: 12 Sentyabr, 2013
|
Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
(Ənam, 59)
Ətraflı| Şərhlər: 0 | Дата: 11 Sentyabr, 2013
|
"Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik".
"Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə şəfaət etməyə layiqdirlər)".
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Sentyabr, 2013
|
Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!
(Maidə, 90)
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Sentyabr, 2013
|
Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!
(Nisa, 36)
Ətraflı| Şərhlər: 0 | Дата: 5 Sentyabr, 2013
|
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
(Hucurat, 12)
Ətraflı| Şərhlər: 0 | Дата: 3 Sentyabr, 2013
|
|
|
40 səhifədən 26 << < 22 23 24 25 26 27 28 29 30 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|