 | POPULYARXƏBƏRLƏR |




|
İslam.az Qurani-Kərimlə bağlı maraqlı məlumat təqdim edir:
Ətraflı| Şərhlər: 0 | Дата: 16 İyun, 2014
|
İslam.az Qurani-Kərimdən ayə təqdim edir:
Ətraflı| Şərhlər: 0 | Дата: 14 İyun, 2014
|
Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xətrinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir! Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır.
(Nisa, 38-39)
Ətraflı| Şərhlər: 0 | Дата: 30 May, 2014
|
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
(Tövbə, 71)
Ətraflı| Şərhlər: 0 | Дата: 27 May, 2014
|
(Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün (qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin dəvətini qəbul edin! (Ona iman gətirin!) O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz!
(Şura, 42)
Ətraflı| Şərhlər: 0 | Дата: 23 May, 2014
|
De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.
(Əhzab, 17)
Ətraflı| Şərhlər: 0 | Дата: 20 May, 2014
|
(Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əhvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün! Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir. Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında) çox yüksəkdə durursunuz!
(Ali-İmran, 137-139)
Ətraflı| Şərhlər: 0 | Дата: 17 May, 2014
|
Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!
(Bəqərə, 155-157)
Ətraflı| Şərhlər: 0 | Дата: 14 May, 2014
|
Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.
(Nisa, 10
Ətraflı| Şərhlər: 0 | Дата: 10 May, 2014
|
Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər. Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!
(Furqan, 63-65)
Ətraflı| Şərhlər: 0 | Дата: 7 May, 2014
|
|
|
40 səhifədən 15 << < 11 12 13 14 15 16 17 18 19 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Okt.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | | 1 | 2 | 3 | 4 | | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | | 26 | 27 | 28 | 29 | 30 | 31 | |
|