Daha bir Aşura geridə qaldı. Mərasimlərə qatılanlar da oldu, qatılmayanlar da, onlara biganə qalanlar da oldu, onlara qarşı çıxanlar və qamçılayanlar da oldu. Bir sözlə, bu günlər KİV, xüsusən də internet resursları və sosial şəbəkələr mövzuya dair müxtəlif səviyyəli və məzmunlu çıxışlarla bol idi. Mənim diqqətimi “Facebook”da yazılan bir status cəlb etdi. Fikir bildirməzdən əvvəl sözügedən mövqedən qısa çıxarışlara (daha doğrusu isə tərcüməsinə, çünki orijinal rus dilində idi) diqqət yetirək: