İmam Hüseyn məqbərəsi yaxınlığında baş vermiş partlayış nəticəsində azı 12 nəfər həlak olub, təxminən 30 adam isə xəsarət alıb.
ANS PRESS, yerli KİV-ə istinadən xəbər verir ki, partlayış İmam Hüseyn məqbərəsinin yaxınlığında baş verib. Məlumata görə, həlak olanların hamısı Aşuranın (Kərbəla faciəsi) 40-cı günü ərəfəsində məqbərəni ziyarət edən zəvvarlar olub.