Hazırda Azərbaycanda dövlət qeydiyyatından keçmiş 533 dini icma var. DQİDK-nin mətbuat xidmətindən verilən məlumata görə, bunlardan 102-si ötən il qeydiyyatdan keçib. Ötən il qeydiyyatdan keçmiş dini icmalardan 101-i İslam, 1-i isə Sumqayıt şəhər "Kübar" yəhudilər dini icması qeyri-islam təmayüllü icmadır.
2008-ci ildə komitədə 1507 adda dini ədəbiyyata baxılıb, dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 59 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Komitədən verilən məlumata görə, əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir. Bu faktı Dövlət Komitəsində ekspertizadan keçirilmiş dini kitabların arasında zərərli dini ədəbiyyatın sayı da təsdiqləyir. Belə ki, əvvəlki illərlə müqayisədə son iki ildə ekspertizaya təqdim olunmuş dini kitabların sırasında zərərli dini ədəbiyyata daha az rast gəlinir. // ANS PRESS