Gecə namazının qünutunda 40 nəfər mömin üçün dua etmək lazımdır. Bu 40 nəfər mömin tanıdığımız adam olmalıdır və onların adını bir-bir deməliyik?
Daha yaxşı olar ki, gecə namazının qünutunda tanıdığınız 40 nəfər mömin üçün dua edəsiniz və onların adlarını da deyəsiniz. Amma əgər tanıdığınız 40 nəfər mömin yoxdursa, şəxsən tanımadığınız, qiyabi olaraq haqqında eşitdiyiniz adamlar haqqında da dua edə bilərsiniz. Məsələn, böyük müctəhidlərin, din alimlərinin, dini kitab müəlliflərinin, İslamı yaymaqla məşğul olan şəxslərin, xeyriyyəçi adamların adını çəkə bilərsiniz. Əgər bu da mümkün deyilsə, tanıdığınız sayda möminlərin adlarını çəkin.