POPULYARXƏBƏRLƏR

Radikal dinçilərin ailə üzvləri məhkəmədə ifadə veriblər

Bakıdakı "LUKoil" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda və digər cinayətlərdə təqsirləndirilən radikal dini qrup üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi bu gün günün ikinci yarısında davam edib.

Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən və dəstə başçısı sayılan Kamran Əsədovun həyat yoldaşı Səbinə Əsədovanın istintaqa verdiyi ifadə elan olunub. O, ifadəsində göstərib ki, həyat yoldaşı uşaqlarını sevir və bu səbəbdən cinayət törədə bilməz.

Kamran Əsədov isə həyat yoldaşının ifadəsi ilə qismən razı olduğunu bildirib. Təqsirləndirilən şəxs qeyd edib ki, onun həyat yoldaşını dindirmək məqsədilə təqib yolu ilə zorla Gürcüstandan Azərbaycana gətiriblər: "Çox qələt ediblər, qardaşımı gətirib orada ac-susuz saxlayıblar, sonra da ifadəsini alıblar. Mən bunun heyfini çıxacağam. Qohumlarım da, arvadım da bilirlər ki, əqidəm belədir. Yoldaşım mənə ərə gələndə bilirdi ki, kiməm. Mən ona da, valideynlərimə də demişdim ki, Allah yolunda cihad edəcəyəm. Necə ki, mənimlə vuruşurlar, mən də onlarla vuruşacağam".

Daha sonra Kamran Babayevin ifadəsində göstərilən silahlar – "Vincestr" markalı avtomat və bir tüfəng məhkəməyə gətirilərək, onlara baxış keçirilib. Həmçinin, təqsirləndirilən Eqdar Əliyevin mənzilində aparılan axtarış tədbirlərinin video görüntüsü məhkəmə iştirakçılarına təqdim olunub.

Məhkəmə prosesində digər şahidlər – Kamran Əsədovun atası Şakir Əsədovun, Bəxtiyar Orucovun anası Xuraman Orucovanın, Fərid Cabbarovun atası Paşa Cabbarovun istintaqa verdiyi ifadələr elan olunub.

Nəhayət, Bəxtiyar Orucovun həyat yoldaşı Mirvari İbadovanın da ifadəsi elan edilib. O ifadəsində göstərib ki, dəstə üzvlərinin Azərbaycanda cihad etmək haqqında söhbətləri yığıncaqda eşidib. Mirvari İbadova bildirib ki, onu da ibadət yoluna həyat yoldaşı Bəxtiyar Orucov gətirib.

Məhkəmə prosesi fevralın 18-də davam etdiriləcək.



Yerləşdirilib:13 Fevral, 2009  12:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com