POPULYARXƏBƏRLƏR

"Yəhova şahidləri" Daxili İşlər Nazirliyini məhkəməyə verib

"Yəhova şahidləri" dini sektasını təbliğ edən şəxslər Daxili işlər Nazirliyini (DİN), Xətai rayon Polis İdarəsini və həmin idarənin 34-cü polis bölməsini məhkəməyə verib. Bu barədə Lent.az məlumat yayıb.

Məlumata görə, Moroz Leonid Aleksandroviç, Stepanov Kiril Aleksandroviç, Hüseynov Bəhruz Ramazan oğlu, Niftəliyev Rəşad Hüseyn oğlu, Niftəliyeva Jalə Hüseyn qızı, Hüseynova Günay İsa qızı, Mikayıllı Telman Mərdan oğlu və qeyriləri (ümumilikdə 12 nəfər) Xətai rayon Məhkəməsinə müraciət edərək, qarşı tərəflərə qarşı bir neçə istiqamət üzrə iddia qaldırıb.

İddiaçı tərəf "Yəhova şahidləri" dini icmasından mətbuat vasitəsi ilə üzr istənilməsini, maddi və mənəvi ziyanın ödənilməsini, polis əməkdaşları barəsində intizam tədbirləri görülməsini istəyib.

"Yəhova şahidləri"nə daxil olan şəxslər iddia edir ki, Xətai rayon Polis İdarəsi və həmin idarənin 34-cü polis bölməsi 2006-cı il dekabrın 24-də keçirdiyi əməliyyat zamanı onların hüquqlarını kobudcasına pozub. İddiaya görə, "Yəhova şahidləri" Xətai rayon ərazisində yığıncaq keçirərkən polis həmin tədbiri pozub, otaqlardakı əmlakları müsadirə edib və s. qanunsuz hərəkətlərə yol verilib.

İşə baxan Xətai rayon Məhkəməsi iddianı təmin etməyib. Növbəti instansiya məhkəməsinə üz tutan "Yəhova şahidləri"nin üzvlərini Bakı Apellyasiya Məhkəməsi də sevindirməyib. Bundan sonra onlar Azərbaycan Ali Məhkəməsinə müraciət ediblər.

Məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsindən qarşı tərəfin iddiaları təkzib olunub. Bölmə rəisinin müavini Emil Məmmədov Lent.az-a deyib ki, "Yəhova şahidləri"nin üzvləri məhkəməyə bir deyil, bir neçə dəfə müraciət ediblər. Hər dəfə də onların iddiası təmin olunmayıb. Qarşı tərəfin iddialarını "cəfəngiyyat" adlandıran rəis müavini bildirib ki, 2006-cı il dekabrın 24-də keçirilən əməliyyatda polislə yanaşı Xətai rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, bəzi telekanalların əməkdaşları iştirak edib: "Həmin vaxt İctimai Televiziyada da çəkirdi. İTV-nin kamerası qarşısında necə zor işlətmək olardı? Deyilənlər əsassızdır".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə Lent.az-a açıqlamasında məhkəmənin qərarını gözləməyi məsləhət görüb: "Ən son qərarı məhkəmə verəcək, hansı qərar olsa, razılaşmaq lazımdır".

Maraqlıdır ki, "Yəhova şahidləri" dini icma kimi dövlət qeydiyyatından keçməyib, amma məhkəmədə tərəf kimi tanınıb.

İş Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin icraatındadır. Məhkəmə prosesi fevralın 13-də keçiriləcək.



Yerləşdirilib:11 Fevral, 2009  20:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com