Həcc ziyarəti zamanı şiələr niyə möhürlə namaz qılmırlar? Müctəhidlər buna icazə verirlərmi?
Şiə məzhəbinə görə, namaz zamanı səcdəni yerə və yerdən çıxan, amma yeyilməyən və geyilməyən şeylərin üzərinə etmək olar. Torpaq, qum, daş, taxta, əhəngdaşı, kərpic, saxsı, ot və s. üzərinə səcdə etməyə icazə verilir. Mərmər daşının üzərinə də müctəhidlərin fətvasına görə, səcdə etmək olar. Həcc məkanında yer ya torpaqdan ibarətdir (Ərəfat, Mina), ya da mərmər daşı ilə döşənmiş olur (Məscidül-həramın içərisi, Kəbənin ətrafı). Buna görə də bu məkanlarda namaz qılarkən möhür qoymaq lazım deyil. Üstəlik, burada müsəlmanlar arasında vəhdətin qorunması və ayrı-seçkilik salınmaması məqsədi də vardır.