Qadınla kişinin dəstəmaz almaq qaydaları arasında hər hansı fərq varmı?
Qadınla kişinin dəstəmaz almaq qaydaları arasında ən ciddi fərq budur ki, qadın naməhrəm kişinin gözü qarşısında dəstəmaz ala bilməz. Çünki bu zaman örtünməsi lazım olan bəzi bədən üzvlərini (saçını, qolunu) açmalıdır.
Ümumilikdə dəstəmaz əməlləri hamı üçün eynidir. Amma müstəhəbdir ki, kişilər dəstəmazda qollarını yuyarkən suyu dirsəkdən, yəni qolun çöl tərəfindən töksünlər. Amma qadınlar qolun büküldüyü yerdən, yəni içəri tərəfdən suyu tökmələri müstəhəbdir. Bir daha qeyd edirik ki, bu, vacib hökm deyil, müstəhəb (bəyənilən) işdir.
Başa məsh çəkəndə qadınların saçı daha uzun olduğuna görə, saçlarını tağ ayırıb, arasına məsh çəkmələri lazımdır. Kişilər isə tağ ayırmadan da məsh çəkə bilərlər. Amma saçı çox uzun olan kişilər də gərək tağ ayırsınlar.