Bir gün nəvələrini öpüb oxşayarkən bir bədəvi Peyğəmbərin (s) hüzuruna gəlir. Övlada qarşı şəfqət hissindən məhrum olan bu şəxs gördüyü mənzərə qarşısında heyrətini gizlətməyib belə deyir:
– Mənim on uşağım var, amma onlardan heç birini öpməmişəm.
Peyğəmbərimiz buyurdu:
“Əgər Allah sənin qəlbindən mərhəmət hissini çıxarıb atıbsa, mən nə edə bilərəm? Mərhəmət etməyənə, mərhəmət edilməz.
"Səhih-Buxari", Ədəb, 18-ci hədis