İslam Ölkələrinin Milli Kitabxanalarının Direktorlar Şurasının ikinci toplantısı bu ilin aprel ayında Bakıda keçiriləcək. Bu barədə M. F. Axundov adın Milli Kitabxananın direktoru Kərim Tahirov məlumat verib.
Onun sözlərinə görə, sözügedən tədbir 2009-cu ilin Bakının İslam mədəniyyətin paytaxtı elan olunması ilə əlaqədar keçirilir. Konfransla yanaşı, Milli Kitabxanada islam ölkələrinin milli kitabxanalarında saxlanılan ən qiymətli və qədim kitabların sərgisi də açılacaq.
Bu ayın 19-da isə Milli Kitabxanada Bakının tarixinə aid, bir neçə islam ölkəsinin dilinə tərcümə olunmuş kitabın təqdimatı keçiriləcək.