ABŞ-ın Kaliforniya ştatının sakini banklardan birində ona hicablı olduğuna görə xidmət göstərilmədiyini bildirib. KGTV televiziya kanalının məlumatına görə, hadisə San-Dieqoda Navy Federal Credit Union kredit ittifaqında baş verib.
Amal Hersi öz ailəsi lə "azadlıq axtarışında" Somalidən ABŞ-a köçüb və indi isə məyus olub. "Mən özümü cinayətkar kimi hiss etdim. Mən alçaldım. Mən utanırdım", deyə qaradərili müsəlman qadın jurnalistlərə bildirib.
Hersinin sözlərinə görə, o, başqaları kimi bankda növbəyə dayanıb. Bu vaxt işçilərdən biri ona yaxınlaşıb və onu kənara çəkərək hicabını çıxarmağı xahiş edib. Belə ki, qaydalara görə, bankın ərazisində baş örtüyündə gəzmək olmaz.
Navy Federalın rəsmi bəyanatında isə bildirilir ki, "bizim müştərilərimizin və əməkdaşlarımızın təhlüksəziliyi üçün binaya girişdə baş örtükləri və gün gözlüklərinin çıxarılması vacibdir". Hersi isə bankın bu tələbini qəbuledilməz hesab edib. "Baş örtüyü mənim dinimin bir hissəsidir. Bu mənim kim olduğumu göstərir. Müsəlman qadını ciddi olmalıdır", deyə Hersi bəyan edib./ANS PRESS/