Namazı hərdən şiə kimi, hərdən hənəfi kimi, hərdən də hənbəli (sələfi) kimi qılmaq olarmı? Və yaxud eyni namazın bəzi əməllərini sünni kimi, bəzi əməllərini də şiə kimi yerinə yetirmək olarmı?
Xeyr, namaz əməlləri mütləq bir məzhəbin göstərişləri əsasında icra olunmalıdır. Məzhəblər tarixin süzgəcindən keçərək günümüzə gəlib-çatıb. Hər məzhəbin göstərişləri, o cümlədən, namaz əməlləri dəqiq qayda-qanunlar əsasında təsbit edilib. Hətta bir məzhəbin namazındakı bəzi vacib ya müstəhəb əməllər o biri məzhəbdə haram və batil sayılır. Ona görə də namaz əməllərini bir neçə məzhəbin göstərişləri əsasında qarışdırıb qılmaq düzgün deyil. İnsan hansı məzhəbin daha düzgün olduğuna inanırsa, onun bütün göstərişlərini, o cümlədən, namaz hökmlərini də dəqiqliklə yerinə yetirməlidir. Əks halda, qıldığı namaz heç bir məzhəbə uyğun gəlmədiyi və özbaşınalıq olduğu üçün Allah dərgahında qəbul edilməz.