Pakistandakı şiə məscidinin yaxınlığında terrorçular tərəfindən partlayış törədilib. "Associated Press" agentliyinin məlumatına görə, hadisə nəticəsində 24 nəfər həlak olub, 40 adam isə xəsarət alıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, terrorçu özünü şam namazına gedən kütlənin arasında partladıb.