İranlı tennisçi Madona Najarian tennis matçına tam qapalı geyimdə çıxıb
"Fed Cup" çərçivəsində keçirilən Asiya-Okeaniya qrupu qarşılaşmasında İranı təmsil edən Madona Najarianın tamamilə qapalı və hicablı geyimi tamaşaçıların çaşqınlığına səbəb olub. Tennis tarixində ilkə imza atan iranlı tennisçi qazaxıstanlı tennisçiyə məğlub olub. Voskobayeva ilə qarşılaşmanın hər iki seti 6-0 hesabı ilə nəticələnib, qarşılaşma qazax tennisçinin 2-0-lıq qələbəsi ilə başa çatıb. /ANS PRESS/