Kor tələbə ona yol göstərən itlə Britaniyada məscidə girmiş ilk müsəlman olub. 18 yaşlı Məhəmməd Əbrar Xətri bundan sonra Varqo adlı iti ilə Britaniyanın Lester şəhərindəki məscidə asudə şəkildə gedə biləcək. Britaniya Şəriət Şurasının verdiyi fətvaya görə, bundan sonra Xətrinin məscidə itlə girib namaz qılmasına kimsə mane ola bilməz.
Korlara yol göstərən itlərə hamilik edən Britaniya Korlar Assosiasiyası Şəriət Şurasının qərarını kor və zəif görən minlərlə müsəlmanın ayin ehtiyaclarını yerinə yetirməyə imkan verən "irəliyə doğru atılmış nəhəg addım" sayıb.
İndiyədək Britaniyada istisnasız olaraq bütün məscidlərə itlə girmək qəti qadağandı: zira İslamda bu, haram sayılır.
İndisə bu qayda yumşalıb, çünki Şəriət Şurası korlara yol göstərən itləri "xidməti köpək" hesab edir.
Varqonun məscidə girə bilməsi üçün Lesterdəki "Bilal Camiyyə" məscidində xüsusi meydança düzəldiblər. Kor Xətri namaz qılarkən it onu burada gözləyəcək.
Tələbənin atası Məhəmməd Qafur Xətrinin dediyinə görə, oğlu itin sayəsində yenidən müstəqillik əldə edib. // Ekspres