Risalələrdə bəzən işlədilən “yaxşını pisdən ayıran uşaq” ifadəsinin mənası nədir?
Şəriətdə bu yaşda uşağa “müməyyiz”, yəni fərq qoya bilən, ayıra bilən deyilir. Bunun dəqiq yaş həddini söyləmək çətindir. Coğrafi şəraitdən, ailə tərbiyəsindən, fərdi fizioloji imkanlardan asılı olaraq, müxtəlif uşaqlarda bu yaş həddi fərqli ola bilər. “Yaxşını pisdən ayıran” ifadəsi əsasən oğlan uşaqlarına aid edilir. Bu elə yaş həddidir ki, oğlan uşağı hələ yetkinliyə çatmayıb və şəriət vəzifələrnin icra etməyə borclu deyil. Amma fizioloji imkanlarına görə, artıq onda cinsi oyanış əlamətləri üçün hazırlıq getdiyi görünür. Yəni məsələn, oğlanlarla qızların fərqi barədə düşünür, çılpaq insan görəndə buna reaksiya verir (ya maraqlanır, ya da əksinə, utanır). Həmçinin, belə uşağın yalnız cinsi məslələrdə deyil, ümumi dünyagörüşündə də dəyişiklik və böyümə müşahidə olunur.