"Milli-Mənəvi Dəyərlər" Birliyinin üzvləri bu gün İsralin Azərbaycandakı səfirliyi önündə aksiya keçiriblər. Aksiyada Fələstin torpaqlarına azadlıq tələb olunub və İsrail əleyhinə şüarlar səsləndirilib.
"Turan" xəbər verir ki, birliyin sədri Abgül Süleymanov da daxil olmaqla 13 aksiyaçı saxlanılıb.
Qeyd edək ki, 1979-cu ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək məqsədilə keçirilib. O vaxtdan İranda, Livanda və bir sıra başqa ölkələrdə hər il Ramazan ayının sonuncu cümə günü bu cür təbdirlər keçirilir. "Qüds günü" adlandırılan bu tədbirlər son vaxtlar Bakıda və İraqın şiələr yaşayan bölgələrində də keçirilir. // Turan