Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib. Əfv olunan məhbuslar Qədr gecəsini ailəsi ilə birlikdə qarşılamaq üçün bu gün azadlığa buraxılacaqlar.
Qədr gecəsi günü əfv fərmanının imzalanması ənənəsi sabiq prezident Saparmurat Niyazov tərəfindən 1999-cu ildə qoyulub. Ötən il bu müqəddəs gün münasibətilə qəbul olunan amnistiya aktı 9 min məhbusa şamil edilib.// APA