İstanbulun Şişli rayonu ərazisindəki Quştəpə məscidinin minarəsi uçub. Belə ki, bu gün İstanbulda başlayan şiddətli külək tarixi məscidin minarəsini uçurub.
Şişli bələdiyyəsinin sədri Mustafa Sarıgül hadisə zamanı 3 nəfərin yaralandığını açıqlayıb. Beşiktaşdakı Hamidiyyə məscidinin həyətində cümə namazı qılan insanların üzərinə isə ağac düşüb. Güclü külək 90 illik ağacı kökündən çıxararaq yerə sərib. Ağacın altında qalan 4 nəfər yaralanıb.