POPULYARXƏBƏRLƏR

Azərbaycan prezidenti Şeyxülislamın açdığı iftar süfrəsi ilə bağlı mərasimdə iştirak edib

Sentyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Mərasimdə çıxış edən Şeyxülislam iftar süfrəsinə təşrif buyuranlara öz təşəkkürünü bildirib. Ramazanın sevgi, mərhəmət, ruzi, dostluq, qardaşlıq və həmrəylik ayı olduğunu diqqətə çatdıran QMİ sədri belə bir ayda Prezidentin dindarlarla birgə iftar etməsini onun xalqla həmrəylinin, milli-mənəvi dəyərlərə yüksək qiymət verməsinin bariz nümunəsi, həm də Azərbaycan müsəlmanlarına böyük hörmətinin göstəricisi olduğunu qeyd edib: "Bu gün biz milli və dini mənsubiyyətdən asılı olmayaraq, Azərbaycan adlı böyük bir ailənin bərabər hüquqlu üzvləri kimi iftar süfrəsində bir araya gəlmişik. Deməli, bu, yalnız iftar süfrəsi deyil, həm də birliyimizin, prezidentimizin ətrafında sıx birləşməyimizin və tolerantlığımızın nümunəsidir".

Məscid və ziyarətgahların bərpası sahəsində ardıcıl tədbirlər həyata keçirildiyini vurğulayan Şeyx Bibiheybət ziyarətgahının, İçərişəhər Cümə məscidinin bərpasının artıq başa çatdığını, Təzəpir, Əjdərbəy məscidlərində, eləcə də digər məscidlər, dini ocaqlar, həmçinin sinaqoq və kilsələrdə tikinti-bərpa işlərinin aparıldığını söyləyib.
Şeyx onu da qeyd edib ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, digər konfessiyaların mənsublarına bərabər şərait yaradılır, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür.
Şeyxülislam bütün bunlara baxmayaraq, Azərbaycanı, ölkədəki inkişafı və bölgənin lider dövlətinə çevrilməsini istəməyən, hər vəchlə bunun qarşısını almağa çalışan qüvvələrin varlığından xəbərdar olduqlarını da bildirib: "Təəssüf ki, bu qüvvələr qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün din amilindən istifadə etməkdən, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaqdan da çəkinmirlər. Sizi əmin edirik ki, rəhbərliyiniz altında sürətlə inkişaf edən dövlətimizi öz yolundan döndərmək, cəmiyyətdəki ictimai-siyasi sabitliyi pozmaq, eləcə də dini durumda və bu cəmiyyətin fəal qüvvəsi olan dindarlar arasında gərginlik yaratmaq cəhdləri Yaradanın köməyi ilə əsla baş tutmayacaq. Biz inanırıq ki, inşallah, Zati-alilərinizin doğma Azərbaycanımızla bağlı bütün arzuları və ideyaları reallaşacaqdır. Ulu öndər Heydər Əliyevin arzuladığı kimi, Qarabağ düyünü açılacaq, Azərbaycanın ərazi bütövlüyü Sizin rəhbərliyinizlə təmin olunacaq".
Mərasim iştirakçıları qarşısında çıxış edən prezident İlham Əliyev Ramazan ayında belə görüşün ənənəyə çevrildiyini vurğulayıb.
Müstəqillik illərində ölkənin qarşılaşdığı sınaqlardan danışan prezident "Azərbaycan xalqı sübut etdi ki, özü öz müqəddəratını müəyyən edə bilər, özü seçdiyi yolla uğurla gedə bilər və qarşıda duran problemlərin həlli işində çox uğurlu addımlar ata bilər" deyib.
Müstəqilliyin əsasının məhz 1993-cü ildə qoyulduğunu deyən dövlət başçısı 1991-ci ildən Azərbaycanın müstəqil ölkə kimi yaşadığını, lakin ilk illərdə faktik olaraq ölkənin gələcək müstəqil həyatının şübhə altına salındığını da vurğulayıb.
Son beş ildə görülən işlərdən danışan prezident ölkənin problemlərinin həllinə səy göstərdiyini, bütün sahələrdə olan problemləri tezliklə həll etməyə çalışdığını deyib: " "Son beş ildə elə hal olmayıb ki, hansısa vəd verilsin, yaxud da məsələ qarşıya qoyulsun, ancaq həll olunmasın. Bütün proqramlar konkret xarakter daşıyır və hər bir proqramın arxasında konkret icra mexanizmləri, maliyyə resursları və düşünülmüş strateji xətt dayanır. Belə olan halda, əlbəttə, ölkənin uğurları tezliklə baş verəcək".

"Prezident kimi mənim üçün, ilk növbədə, Azərbaycan xalqının maraqları böyük önəm daşıyır. Mən çalışmışam və bundan sonra da çalışacağam ki, Azərbaycan xalqının maraqlarını tam şəkildə müdafiə edək, qoruyaq, Azərbaycan dövlətinin mövqelərini möhkəmləndirək"-deyən ölkə başçısı
Azərbaycanın bölgədə sabitləşdirici amil kimi daim mövcud olduğunu da xatırladıb. Böhranlı şəraitdə bunun daha qabarıq göründüyünü xatırladan prezident növbəti illərdə Azərbaycanın bölgədəki nüfuzu, mövqeyi və rolunun daha da artacağını qeyd edib.

Prezident Azərbaycanın milli və dini dözümlülük baxımından nümunə kimi göstərildiyini də bildirib: "Azərbaycanda bütün insanlar, bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt milli, yaxud da dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb, olmamalıdır və əminəm ki, olmayacaq. Bu, bütün başqa amillərlə yanaşı, ölkəmizin uğurlu inkişafını təmin edən amildir".

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qiymətləndirdiyini deyən prezident bu qiyməti verən təşkilatların dünyanın ən böyük beynəlxalq maliyyə qurumları olduğunu da xatırladıb: "Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olaraq qalacaq, demokratiyanın inkişafı istiqamətində mühüm addımlar atılacaq. Təhlükəsizlik tədbirləri görüləcək, iqtisadi islahatlar, sosial proqramların icrası davam etdiriləcək. Növbəti illərdə böyük infrastruktur layihələri gözlənilir. Növbəti ilin dövlət büdcəsi təxminən 15 milyard dollar həcmində olacaq. Bu, son 5-6 il ərzində misli görünməmiş irəliləyişdir. Bizim dövlət xərclərimiz on dəfədən çox artır. Bunun nəticəsi olaraq, bütün layihələr uğurla icra edilir".

Daha sonra prezident Ramazan bayramının müqəddəs ənənələrindən danışıb, bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıb.



Yerləşdirilib:26 Sentyabr, 2008  03:05, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com