"Mən hər gün "Əbu Bəkr" məscidinə gedirəm və orada namaz qılıram. Məndən fərqli olaraq, qardaşlarımızı kütləvi şəkildə məscidə buraxmırlar. Biz heç olmasa sabah Ramazan ayının sonuncu cümə namazını "Əbu Bəkir"də qılmaq istəyirik".
Bu sözləri "Əbu Bəkr" məscidi kimi tanınan Cümə məscidinin imamı Qamət Süleymanov bildirib. Məscidin imamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edərək "Əbu Bəkr"in cümə günü namaz qılınmaq üçün açılmasını xahiş etdiklərini deyib: "Məscidin Ramazan ayında bağlı qalması bizə pis təsir eləyir. Bir aydır ki, məsciddən məhrum olmuşuq. İstəyərdik ki, Ramazanın son günləri orada ibadət edək".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə APA-ya "Əbu Bəkr" kimi tanınan Cümə məscidində baş verən partlayışla bağlı istintaqın davam etdirildiyi və istintaq başa çatmayınca məscidin açılmasının mümkün olmadığı bildirilib. // APA