POPULYARXƏBƏRLƏR

600-dək adam Prezident İlham Əliyevdən Əbu Bəkr məscidinin açılmasına yardım göstərməsini xahiş edib

Əbu Bəkr məscidinin açılmasına və məscidin dini icmanın fəaliyyətinin bərpa edilməsinə icazə verilməsi xahişi ilə 600 nəfərədək şəxsin imzası ilə prezident İlham Əliyevə, ölkənin güc strukturlarının rəhbərlərinə müraciət edilib. Bu haqda "Media forum" saytına məscidin imamı Qamət Süleyman məlumat verib. Onun sözlərinə görə, müraciət ötən həftə müvafiq ünvanlara təqdim olunub.

Q.Süleyman müraciəti imzalayanların əsasən məsciddə namaz qılan adamlar olduğunu deyir. Müraciətə hələ ki, hər hansı reaksiya olmayıb.

Sentyabrın 26-da Ramazan ayının sonuncu cümə namazını və ayın sonunda bayram namazını Əbu Bəkr məscidində qılmağa icazə verilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilən rəsmi müraciətə gəlincə, indiyədək bu müraciət də cavabsız qalıb.

Q.Süleymanın sözlərinə görə, hazırda polis məscidə nəzarət edir: "Mənim, dini icmanın daha dörd-beş üzünün məscidə girib-çıxmasına mane olmurlar".

Məscidin imamı hesab edir ki, Əbu Bəkrin fəaliyyət göstərməsinin dövlətə, vətəndaşlara heç bir ziyanı yoxdur: "Ora bir Allah evidir və dindarlar yalnız ibadət etmək üçün ora toplaşırlar. Ona görə də istərdik ki, bütün müsəlmanlar üçün müqəddəs hesab edilən Ramazan ayında biz də öz məscidimizdə namaz qılaq, ibadət edək. Bilirəm ki, bizim məscidin bağlı qalmasında maraqlı qüvvələr də var. Amma haqq-ədalətin öz yerini tutacağına, dövlət başçısının tezliklə bizim müraciətimizə cavab verəcəyinə inanıram".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva "Media forum"a bildirib ki, hazırda məscidin açılıb-açılmaması məsələsinin quruma aidiyyəti yoxdur: "Avqustun 17-də baş vermiş hadisə ilə bağlı istintaq davam edir. İstintaq bitəndən sonra məscidin açılıb-açılmaması məsələsinə baxılacaq. İstintaq davam etdiyindən komitənin bu məsələdə rolundan söhbət gedə bilməz".


Əbu Bəkr məscidi burda terror törədilən gündən bağlıdır. Avqustun 17-də törədilən, iki nəfərin ölümü, bir neçə adamın yaralanması ilə nəticələnən terrorda özünü "Meşə qardaşları" adlandıran radikal dini silahlı birləşmənin üzvləri təqsirli bilinir. Azərbaycanın hüquq-mühafizə orqanları onlardan bəzilərini yaxalayıb. Birləşmənin rəhbəri İlqar Mollaçiyev isə Rusiyanın Dağıstan Respublikasında federal qüvvələrin apardığı əməliyyat zamanı öldürülüb. // "Media forum"



Yerləşdirilib:26 Sentyabr, 2008  03:04, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com