"İslam Nuru" mağazasından müxtəlif dini təriqətləri təbliğ edən 77 ədəd dini kitablar aşkar edilib
Sumqayıt şəhərində mağazadan qadağan edilmiş dini kitablar götürülüb. Daxili İşlər Nazirlyinin məlumatına görə, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərindəki 17-ci mikrorayon ərazisində, şəhər sakini Nəriman Kərimovun işlətdiyi "İslam Nuru" mağazasından müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilmiş 77 ədəd dini kitablar aşkar edilərək götürülüb.