İmam Sadiq (ə) buyurur: Bir cavan atamın xidmətinə gəldi. Həzrət ondan “evlisənmi?” deyə soruşdu. Cavan evli olmadığını bildirdi. Atam cavabında ona belə buyurdu:
“Bütün dünyanı və dünyada olanları, tək gecələyim (subay qalım) deyə, mənə versələr qəbul etmərəm. Sonra buyurdu: Evli kişinin qıldığı iki rəkət namaz, subay adamın gecələr oyaq qalıb, gündüzlər oruc tutmasından daha çox fəzilətlidir.
Sonra atam ona yeddi dinar pul verib buyurdu: Bu pulu evlənməyə sərf et.
(Biharul-ənvar, c. 103, s. 217)