POPULYARXƏBƏRLƏR

Tanınmış şəxslərin qəribə ölümləri

2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, “timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.

Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.

Cerom İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. “Bədbəxt bir təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi bir tok-şouda infarkt keçirərək həyatını itirib.

“Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.

1869-1916-cı illərdə yaşamış rus həkim, rahib, sirli Qriqori Rasputinin həyatı kimi ölümü də müəmmalı olub. 
Rasputinə qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü Purişkeviç hazırlayıb. Əvvəlcədən qurulmuş plana əsasən 16 dekabr 1916-cı ildə knyaz Yusupov Rasputini öz evinə gətirir.
Burada birlikdə nahar edirlər. Rasputinə naharda mərgümüş zəhəri qatılmış şirniyyat və çaxır verilir. On nəfəri öldürmək gücünə malik zəhər qatılmış çaxırdan içən və şirniyyatdan yeyən Rasputin ölmür. Onun ölmədiyini görən Yusupov silahla onu arxadan güllələyir, sonra silahı Purişkeviçə verir. Purişkeviçin 3 gülləsindən də sonra ölməyən Pasputini nəhayət donmuş Neva çayına atırlar. Böyük ehtimalla, bu sirli insan çayda donaraq ölüb.

Bobbi Liç 1911-ci ildə Niaqara şəlaləsindən çəlləyin içində tullanan ikinci insan kimi tarixə düşüb. Bir gün Liç Yeni Zelandiyada gəzərkən ayağı bir portağal qabığına ilişib və sürüşüb. Nəticədə ayağı qırılıb. Ayağının biri kəsilsə də, həkimlər Liçin həyatını xilas edə bilməyib.

Məşhur viski istehsalçısı Cek Deniel 1911-ci ildə işə tez gələrək ofisin kassasını açmağa cəhd edib. Şifrəni heç cür yadına sala bilməməyinə əsəbiləşərək kassanı təpikləməyə başlayan Deniel ayaq barmaqlarını zədələyib. Daha sonra isə infeksiyadan dünyasını dəyişib.

Uğurlu vəkil Klement Vellandiqam 1871-ci ildə birini vurmaqda ittiham olunan müvəkkilinin məhkəməsində vurulan adamın öz-özünü güllələdiyini sübut etməyə çalışanda səhvən dolu silahı götürüb özünü vurub. Beləcə, müvəkkili bəraət qazanıb.

Bəstəkar, orkestr şefi Jan-Batist Lyulli 1687-ci ildə fransız kralı XIV Lüdovik üçün Te Deum adlı əsəri çalanda həyatının axarı dəyişib. Ritmə aludə olan Lyulli bütün gücü ilə çubuğunu ayağına vurub. Bir müddət sonra ayaq barmağı qanqren olan Lyulli barmağının kəsilməyinə razı olmayıb və dünyasını dəyişib.

"Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq" ("Nisa", 78).



Yerləşdirilib:20 İyun, 2013  17:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com