POPULYARXƏBƏRLƏR

Azərbaycan niyə Rusiyadan silah alır?

Rusiyanın Azərbaycana 1 milyard dollarlıq silah satması xəbəri geniş rezonans doğurub. Xəbərə görə, silah və hərbi texnika Rusiya ilə Azərbaycan arasında 2011-2012-ci illərdə imzalanmış müqavilələrə müstəvisində həyata keçirilir. Yalnız keçən il Rusiyanın Azərbaycana 8 ədəd hərbi vertolyot, 18 ədəd iri çaplı artilleriya sistemi, 1200 ədəd daşınan zenit-raket kompleksi satdığı açıqlanıb. Ümumiyyətlə müxtəlif mənbələrin məlumatlarına görə, son 5 ildə Azərbaycan Rusiyaya 1.7 milyard ABŞ dollar dəyərində silah və hərbi texnika sifariş verib.

O da maraqlıdır ki, hələ bu ilin aprel ayında Azərbaycan Müdafiə Nazirliyinə istinadən belə bir xəbər yayılmışdı ki, Rusiya ilə ötən ilin müqavilələri yerinə yetirildikdən sonra yeni hərbi müqavilə imzalanmayacaq. Buna baxmayaraq rəsmi Bakı hələ ki, Moskvadan silah alır və qarşı tərəf də bu silahları Azərbaycana satmaqda maraqlıdır.

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın “Vedomosti” qəzetinin yaydığı məlumatı nə təsdiq, nə də təkzib edir. Ümumiyyətlə bu nazirlik silah və hərbi texnika alğı-satqısı ilə bağlı müqavilələrin açıqlanmasında maraqlı görünmür. İsraillə də belə olmuşdu. İsrailin Azərbaycana 1 milyard 500 milyon dollarlıq silah satışını ilk dəfə bu ölkənin mediası yaymışdı.

Azərbaycanın Rusiyadan silah və hərbi texnika almasında iki məqsədi var.

Birinci məqsəd Bakının Moskva ilə münasibətlərdə müəyyən gərginlik yaşamasına baxmayaraq normal qonşuluq əlaqələrindən tam qopmaq istəməməsidir. Rusiya dünyanın böyük silah istehsalçısıdır və Kremlin xarici siyasətdəki hədəflərindən biri də xarici dövlətlərlə münasibətlərdə iqtisadi-ticarət əlaqələrə önəm verməsidir. Başqa sözlə, Rusiya hansısa ölkəyə nə qədər çox mal satıb gəlir əldə bilirsə, bu da xarici siyasətdə prioritet istiqamət sayılır. Rəsmi Bakı da dünyanın ən böyük silah ixracatçısından hərbi texnika almaqla Rusiya ilə münasibətləri müəyyən maraq çərçivəsində saxlamağa çalışır.

İkinci məqsəd Bakının yeni və müasir texnika vasitəsilə hərbi potensialını artırmasıdır. Alınan hərbi texnikanın böyük hissəsi quru qoşun qüvvələrinin hərbi texnikasının modernləşdirilməsi məqsədi daşıyır. Əlbəttə, Ermənistanın strateji müttəfiqi Rusiya Azərbaycana satdığı hərbi texnikanın Dağlıq Qarabağda istifadə olunmasında maraqlı deyil. Ancaq Kreml Bakının istədiyi silahları Azərbaycana satmaya da bilməz. Çünki bu müqavilələr Rusiya və bu ölkənin hərbi sənayesi üçün əlavə gəlir mənbəyidir. Rusiyada anlayırlar ki, Bakıya onun istədiyi silahları satmasalar, Azərbaycanın oxşar silahları başqa ölkələrdən, o cümlədən Türkiyə və İsraildən ala bilər var və Bakı bu imkanlarından onsuz da istifadə edir.

Rusiya 2010-cu ildə Azərbaycana C-300 raketlərini satdıqda bu, Ermənistanda narazılıq yaratmışdı. Bununla bağlı müqavilə Dmitri Medvedyevin prezidentliyi dövründə imzalanmışdı. Medvedyev prezidentlik kreslosunu tərk etdikdən sonra Rusiyanın bəzi dairələr onun Bakıya C-300 satışını tənqid etmişdilər. Çünki Ermənistanın ardından Azərbaycanın da C-300 raketlərinə malik olması iki dövlətin imkanlarını bərabərləşdirmişdi.

Vladimir Putin hakimiyyətə döndükdən sonra Rusiya-Azərbaycan münasibətlərindən Qəbələ RLS gərginliyi yaşandı və bu stansiya ilə bağlı yeni müqavilə imzalanmadığına görə Kreml sahibinin Bakıya qəzəbləndiyi müşahidə olundu. Buna baxmayaraq Putin də Azərbaycanla imzalanan keçmiş müqavilələri yerinə yetirmək məcburiyyətindədir. Ermənistan hakimiyyəti Medvedyevdən sonra Putinin də Azərbaycana silah və hərbi texnika satışından narahat olsa da, Kremlə açıq şəkildə etiraz edə bilmir. Çünki Ermənistan Rusiyadan silahı pulsuz alırsa, Azərbaycan bu silaha görə Rusiyaya pul ödəyir və bu əməkdaşlıq həm Moskva, həm də Bakının maraqlarına uyğundur.

 

“Atlas” Araşdırmalar Mərkəzi



Yerləşdirilib:20 İyun, 2013  16:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com