Bir dərviş suya düşən əqrəbi sudan çıxartmaq üçün ona kömək etmək istəyir. Əlini uzadır, amma əqrəb onun əlini sancmaq istəyir.
Buna baxmayaraq, dərviş yenə əlini uzadır və yenə də əqrəb onun əlindən sancmaq istəyir. Bunu görən ətrafdakı insanlar buna dözməyib soruşurlar:
- Yaxşılıq etmək istədiyin halda sənə pislik edənə, niyə yardım etmək istəyirsən?
Cavabında dərviş deyir:
- Əqrəbin fitrətində sancmaq var, mənim fitrətimdə isə məxluqatı sevmək və mərhəmət etmək var. O, öz fitrətinə görə hərəkət edirsə, mən niyə öz fitrətimə görə, hərəkət etməkdən əl çəkim!