Sentyabrın 27-i iş günü, 29,30-u və oktyabrın 1-i isə qeyri-iş günüdür
Nazirlər Kabineti "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" Qərar qəbul edib. Qərarda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə 2008-ci ilin 27 sentyabr istirahət günü ilə 29 sentyabr iş gününün yeri dəyişdirilsin.
Beləliklə, sentyabrın 29, 30 və oktyabrın 1-i qeyri iş günüdür. Bu qərar imzalandığı gündən qüvvəyə minir.