İftar yeməyinin sonunda şəhid ailələrinə hədiyyələr paylanılıb
Palmali Şirkətlər Qrupu Türkiyədə 1000 şəhid və qazi ailəsinə iftar süfrəsi açıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, şəhid ailələri Türkiyənin torpaq bütövlüyü uğrunda canlarından keçmiş insanlara göstərdiyi diqqət və qayğıya görə, Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova təşəkkürlərini bildiriblər. Böyük rezonansa səbəb olan iftar yeməyinin sonunda şəhid ailələrinə hədiyyələr paylanılıb. Türkiyə mətbuatının yazdığına görə, iftar süfrəsində şəhid və qazi ailələri ilə birlikdə İstanbul valisi, İstanbul əmniyyət müdirləri və şəhər polis təşkilatının yüksək rütbəli zabitləri də iştirak ediblər.