Bir gün Əmir Süleyman Pərvanə (Səlcuqilər dövlətinin yüksək vəzifəli adamı), Mövlanədən ona nəsihət verməsini istəyir. Mövlana bir az düşünərək deyir:
- Ey Əmir! Eşitmişəm Quranı əzbərləmisən. Bu xəbər düzdürmü?
- Bəli.
- Şeyx Sədrəddindən hədis elmini öyrəndiyinlə bağlı xəbərlər də doğrudurmu?
- Bəli, doğrudur.
Bir qədər fikir edən Mövlana söyləyir:
- Sən əgər Allah və Onun peyğəmbərinin sözlərini oxuyub nəsihət almırsansa, Quran ayələri və hədislərdə buyurulanlara riayət etmirsənsə, mənim nəsihətlərimi necə dinləyəcək və əməl edəcəksən?
Deyilənə görə, Əmir Pərvanə bu sözlərdən təsirlənərək göz yaşını saxlaya bilməyib.