POPULYARXƏBƏRLƏR

Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 17-də qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Diplomatları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən dövlət başçısı təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına da bu münasibətlə onun xoş arzularını çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Azərbaycan xalqının bu müqəddəs bayramı həmişə qeyd etdiyini, ölkə müstəqilliyini bərpa etdikdən sonra isə onun rəsmi şəkildə qeyd olunmağa başladığını bildirib. Müstəqil Azərbaycanın bütün dövlətlərlə, o cümlədən müsəlman ölkələri ilə də diplomatik münasibətlər qurduğunu, bu münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib. İslam Konfransı Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıqdan bəhs edən dövlət başçısı İslam həmrəyliyinin daha da güclənməsinin vacibliyini söyləyib.

Azərbaycanın uğurlu inkişafından söhbət açan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. O bildirib ki, Azərbaycan uzun illərdir bu məsələnin danışıqlar yolu ilə həllinə çalışsa da, hələlik heç bir nəticə yoxdur: "Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, işğal olunmuş torpaqlar azad edilməlidir".

İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl Azərbaycan prezidentini səfirlər adından qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O, Azərbaycanın bütün Qafqazın iqtisadi və mədəni mərkəzinə çevrilməsinin şahidi olduqlarını vurğulayaraq deyib ki, ölkədə güclü iqtisadi inkişafa gətirib çıxaran uğurlu siyasət aparılır. Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizlik Qafqaz regionunda onun əhəmiyyətini artırır: "Azərbaycan bu gün müxtəlif dinləri təmsil edən insanların rahat yaşadığı tolerant ölkədir. Müsəlman dövlətləri hər zaman hər yerdə Azərbaycanı dəstəkləyir. Bütün müsəlman ölkələri Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır".



Yerləşdirilib:17 Sentyabr, 2008  21:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com