Hadisə nəticəsində 12 nəfər yaralanıb
Əfqanıstanın Vardak əyalətində məscidlərin birində naməlum şəxslər iki nəfəri öldürüb, 12 nəfəri yaralayıblar. Associated Press agentliyinin məlumatına görə, beş döyüşçü pulemyotlarla dünən axşam məscidə gələnlərə atəş açıblar. Hadisədən sonra hücum edənlər naməlum istiqamətdə qaçıblar, onların axtarışı hələ ki, nəticə verməyib. Hazırda polislər hücumunu səbəblərini araşdırırlar. Verilən məlumata görə, ölənlər arasında yerli məktəblərdən birinin müəllimi də var.