Bir gün iki itlə küçədə gəzən qadının yanından keçən oğlan təəccüb içində dayanır.
Baxmayaraq ki, itlərdən yalnız birinin ayağı yox idi, lakin onların hər ikisi axsayırdı.Oğlan bunun səbəbini soruşanda qadın gülümsəyərək cavab verdi ki, itlərdən biri digərini qoruyarkən ayağını itirib. İndi digəri də axsamaqla ona təşəkkürünü bildirir.
Bəzən biz elə hadisələrin şahidi oluruq ki, iradəmizdən asılı olmayaraq fikrə gedirik: axı biz insanıq! Və biz Allahın ən ali məxluqlarıyıq. Bizə verilən bu ali məqama nə dərəcədə cavab veririk?