Paytaxtın bir sıra rayonlarında fəaliyyət göstərən məscidlərdə səhər azanı verilmir. Bu barədə şəhər sakinləri bildirilir. Şəhər sakinlərinin bildirdiyinə görə, artıq bir həftəyə yaxındır ki, paytaxtın mərkəzindəki məscidlərdə səhər azanının səsi eşidilmir. Məscidin axundları bunu müvafiq orqanlar tərəfindən qoyulan qadağa ilə əlaqələndirirlər.
Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, idarəyə sözügedən məsələ ilə əlaqədar heç bir məlumat daxil olmayıb. QMİ-də heç bir məscidə azanın verilməməsi ilə bağlı göstəriş verilməyib. Çünki belə bir göstərişin verilməsi idarənin səlahiyyəti xaricindədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, hazırda məscidlərdə dini ayinlərin və ya ibadətlərin icra olunması qaydalarında dəyişikliklə bağlı heç bir göstəriş verilməyib. Məscidlərdə səhər azanlarına qadağa qoyulması ilə bağlı isə Komitəyə şikayət daxil olmayıb. // Olaylar